Maraqlı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ən populyar "ördəklər" - FOTO
2 Fevral 2014 13:39
0 Şərh
Baxış: 9 278
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Ördək" ifadəsi Avropada yalan məlumat anlamına gəlir. "Untested" - ingiliscə yoxlanılmamış deməkdir və bir vaxtlar yoxlanılmamış məlumatların altından nt işarəsi qoyulurdu. "Unte" isə almanca ördək deməkdir. Beləcə, hamını inandıra bilən, amma əslində yalan olan məlumatlara "ördək" deməyə başladılar.
Günümüzdə də "ördəklərin" sayı az deyil. Milli.Az Rusiya mətbuatına istinadən ən məşhur "ördək"-fotoları təqdim edir.
Cəfəngiyyat olmasına baxmayaraq, çox insanlar bü şəkilləri həqiqət zənn etdilər.
Air France-ın 447-ci reysi

Deyirdilər ki, bu foto Air France-ın 447-ci reysi ilə uçan təyyarənin qəzaya uğrama anını əks etdirir. Sonra isə məlum oldu ki, bu, "Sağ qalmaq" serialından götürülmüş kadrdır.
Hind okeanında sunami

2004-cü ildə Hind okeanında sunamidən sonra bu foto yayıldı. Şəkildəki isə Çilinin Antofaqasta şəhəridir, dalğalar da tamamilə başqa fotodan götürülüb.
Kompüter arxasındakı uşaqlar

Filippində 2012-ci ildə baş verən subasmadan sonra yayılan fotonun yalançı olduğu sonralar üzə çıxdı. Sadəcə diqqətli insanlar ona zənlə baxdılar və uşaqların suda əksindəki yanlışlığı gördülər.
11 sentyabr terroru zamanı qüllədəki turist

Bu, foto, çox güman ki, ən məşhur yalanlardandır. Sadəcə, çox uzun zaman sonra onun fotoşop məhsulu olduğu ortaya çıxdı.
Akula vertolyota qarşı

Bu şəklin də fotoşop olduğuna xeyli insan uzun zaman inana bilməmişdi.
Derbişir pərisi

Derbişirdən olan Den Beyns 1 aprel zarafatı kimi belə bir pəri düzəltdi. Hətta Beyns bunun yalan olduğunu boynuna alandan sonra da "pəri tərəfdarları" onu insanlara "romantik olmayan həqiqəti" açmaqda günahlandırdılar.
Tərsinə qiraət

Əyləncəlidir, amma yenə də fotoşopdur. Buşu hər kəs tanıdı, zənnimcə.
Küveytdə akulalar

Küveytdə belə akulalar olmayıb. Foto isə Torontodakı metrostansiyalardan birində çəkilib, sonradan da akulalar "yapışdırılıb".
Yer, Merkuri və Veneranın Marsdan görüntüsü
Bu foto avstronomik kompüter proqramı vasitəsilə düzəldilib.
"Göy qurşağı" bayquş

Bu adi bayquşu az qala ən nadir bayquş növü elan edəcəkdilər. Özü də deyirdilər ki, guya yalnız ABŞ və Çin meşələrində yaşayır.
Neft platforması, tufan, ildırım

Tufan və ildırım real olsa da, neft platforması "yapışdırma"dır. Fırtına ilə ildırımı Fred Smit 1991-ci ildə Floridada çəkib.
İrlandiyada ada-qəsr

Vaxtaşırı bu fotoya maraq artıb-azalır. Oradakı qala almanlarındır, ada isə Tailandda yerləşir. Yəni iki fotonun "hibrid"idir.
Ana bətnindəki körpə ayağı

Ana bətnində olan uşağın ayağının belə təsvirini görmək üçün o uşaq ən azından Herakl gücünə sahib olmalıdır.
Mistik ağac

Deyilənə görə, bu Yer üzündə ən mistik ağacdır. Əslində isə Floridanın Disney Heyvanlar Krallığındakı süni "Həyat ağacı"dır.
Qeyri-adi dovşan

Bu, dovşan deyil, pişik balasıdır. Yəni 1 aprel zarafatı üçün fotoşopla "bəzənmiş" mavru.
Ağ ayı balası

Necə real görünsə də, bu oyuncağı internetdən satın almaq olar.
Şotlandiyadakı möcüzəli göllərin bənövşəyi ağacları

Bu ağaclar əslində nə bənövşəyidir, nə də Şotlandiyadadır. Yeni Zelandiyadakı Şotover çayının şəklini fotoşopla bu hala salıblar.
Mavi qarpız

Çoxları deyirdilər ki, şəkildəki Yaponiyada yetişdirilən xüsusi mavi qarpızın dilimidir. Bəlkə də, kiminsə kefi pozulacaq, amma təbiətdə mavi qarpız bitmir.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Aparıcı Çinarə körpə qızı ilə nənəsinin yubileyində - (Video)
-
“Ihlamurlar Altında”nın əfsanəvi cütlüyü 21 il sonra bir arada - (Video)
-
Aşıq Zülfiyyə ilə Telli Borçalı arasında "buzlar əridi" – Barışdılar
-
Az zəhmətlə bol məhsul və gəlir gətirən 5 meyvə ağacı
-
Evlilik təklifi edən gənci hər kəsin içində pərt etdi (Video)
-
Təranə Qumralın evindəki qızıldan məcməyinin qiyməti heyrətləndirdi - (Video)
XƏBƏR LENTİ
-
Kürdəmirdə 6 otaqlı ev əşyaları ilə birlikdə kül oldu - (Foto)
-
Samuxda minik maşını aşıb, xəsarət alanlar var
-
Bakıda 23 yaşlı qadın qətlə yetirildi - ögey qardaşı saxlanıldı
-
Birinci kurs tələbəsi vəfat etdi
-
Rusiyanın Kemerovo vilayətində "An-12" qəzaya uğrayıb, 17 nəfər həlak olub
-
İran PUA texnologiyalarını Ermənistana ötürüb? – Eyni dron İrəvanda istehsal olunur
-
Azərbaycanda iki sosial müavinət artırılır - Yeni məbləğ
-
Prezident İlham Əliyevin sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavininin qəbulu ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Bakının məşhur şadlıq sarayları təftiş edildi: Qonaqlara mal əti əvəzinə nə yedirilib? - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyanın xarici işlər nazirini qəbulu ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib - (Foto)
-
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib - (Foto/Video)
-
U-17 millimiz Litva ilə heç-heçə etdi
-
Prezident İlham Əliyev Almaniyanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - (Foto/Video)
-
Aparıcı Çinarə körpə qızı ilə nənəsinin yubileyində - (Video)
-
İran Xameneinin ölümünə görə 159 nəfərə ittiham irəli sürüb
-
Aktrisa Leyla Musayeva vəfat etdi
-
“Ihlamurlar Altında”nın əfsanəvi cütlüyü 21 il sonra bir arada - (Video)
-
Bu tələbələrə hərbi xidmətdən möhlət verilməyəcək
-
Aşıq Zülfiyyə ilə Telli Borçalı arasında "buzlar əridi" – Barışdılar
-
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
-
Azərbaycanda məzuniyyətə çıxmaq məcburi olacaq
-
Qışda avtomobilinizi bu 10 təhlükədən qoruyun
-
Polşa Azərbaycanı Avrasiya logistikasında əsas tərəfdaş kimi tanıdı