Maraqlı

2800 dollara uşaq arabası istərdiniz? - FOTO

19 Oktyabr 2013 11:22
4 Şərh     Baxış: 6 821
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın ən elitar və bahalı avtomobil markalarından sayılan "Aston Martin" uşaq arabaları kolleksiyasını satışa çıxarıb.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, "Silver Cross Surf" adlı uşaq arabaları Londondakı "Harrods" univermağında satılır.


Qiyməti modelindən asılı olaraq 2 milyon dollara çatan avtomobillər istehsal edən "Aston Martin" şirkətininin bu kolleksiyası çərçivəsində cəmi 800 uşaq arabası buraxılıb.


"Aston Martin One-77" stilində olan uşaq arabası 2800 dollara satılır.

Alüminium diskləri, pnevmatik asqısı olan dəri uşaq arabasına "Aston Martin"in qanadlı loqotipi vurulub.


Uşaq arabasında "Travel System" də var. "Travel System" uşağı arabadan götürərək qucaqda, kətildə və ya nəqliyyat vasitəsində oturtmağa imkan verir.


Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

 

Fotolar: Daily Mail

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.