Ay tutulacaq, bir neçə gün sonra isə Günəş - YENİLƏNİB
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda adi gözlə müşahidə edə biləcəyimiz Günəş tutulması olacaq
11:50
Noyabrın 3-də insanlar Bakıda Günəş tutulmasını müşahidə edə biləcəklər.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov Trend-ə bildirib ki, oktyabrın 18-dən 19-a keçən gecə saat 2.51-də Ay tutulması müşahidə edilməyə başlayacaq.
Ay tutulması saat 6.48-də sona çatacaq. Yarımkölgəvari olacaq budəfəki Ay tutulması cənub yarımkürəsində müşahidə ediləcək. Bu tutulma adi gözlə müşahidə edilməyəcək. Prosesi yalnız çox həssas cihazlar qeydə ala bilərlər.
Direktor müavini deyib ki, noyabrın 3-də Günəş tutulması saat 14.06-da başlayacaq, 19.28-də sona çatacaq. Günəş tutulması əsasən ekvator boyunca özünü göstərəcək, Afrika, Amerikanın bir hissəsini əhatə edəcək. Bakıda isə Günəş tutulması noyabrın 3-də saat 17.24-də müşahidə ediləcək: "Bakıda Günəş tutulması axşam tərəfi - günün batmasına 5-10 dəqiqə qalmış müşahidə ediləcək. Həmin vaxt Günəşin aşağı hissəsindən kiçik bir hissə qaralmağa başlayacaq. Bu qaraltı Ayın Günəşin qarşısını kəsdiyi hissədir. Biz onu təxminən 8-9 dəqiqə ərzində gözlə müşahidə edə biləcəyik".
X.Mikayilov bildirib ki, Azərbaycanda Günəş tez - təxminən 17.30-da batdığı üçün tutulma hadisəsinin sona çatmasını görmək mümkün olmayacaq.
Direktor müavininin sözlərinə görə, Günəş tutulmasını adi gözlə müşahidə etmək mümkün deyil. Çünki bu, çox təhlükəlidir. Günəş tam tutulduqda isə bu təhlükə daha da artır. Bunun üçün xüsusi eynəklərdən istifadə etmək laızmdır:
"Adi vaxtlarda da Günəşə baxmaq mümkün olmur. Ay Günəşin qarşısından keçən zaman ondan uzaqlaşdıqca Günəşin işıqlı yeri gözə çox kəskin təsir edə bilər. Tutulma zamanı qəfil ziddiyyət - qaranlıq, daha sonra işıqlı hissə yarandığı üçün bu, gözü hətta kor edə bilər".
X.Mikayılovun sözlərinə görə, Günəşdən fərqli olaraq, Ay tutulmasını adi qaydada müşahidə etmək göz üçün ziyanlı deyil: "Ay tutulmaları gecə baş verir. Gecə isə Aya baxmaq mümkündür. Bu halda gözə elə bir ziyan olmur. Ancaq teleskopla Aya baxdıqda gözə ziyan olur. Çünki teleskop Ayın parlaqlığını artırır".
X.Mikayılov bildirib ki, Ay, Günəş tutulmaları gözlə görüldükdə insanlara yalnız psixoloji baxımdan təsir edə bilər. Bu hadisələrin insan səhhətinə başqa heç bir təsiri olmur.
----------
09:43
Cümədən şənbəyə keçən gecə Ay tutulması müşahidə olunacaq. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, Yer kürəsinin kölgəsi Ayın üzərinə düşəcək. Bu təbiət hadisəsi ən çox cənub yarımkürəsində müşahidə olunacaq.
Hadisə Bakı vaxtı ilə saat 02:48-də müşahidə olunacaq. Saat 4:50-də Ay tutulmasının aktiv fazası müşahidə olunacaq. 6:52-də isə Yerin kölgəsi Ayın üzərindən tamamilə çəkiləcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Şəhid anasını təhqir edən bloggerlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib - (Video)
-
Robotların sayı 5 milyonu keçdi
-
Hülya Avşarın makiyajsız halı diqqət çəkdi - (Foto)
-
Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"
-
Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək (Video)
-
UEFA Millətlər Liqası: Günün ən maraqlı matçları
XƏBƏR LENTİ
-
Şəhid anasını təhqir edən bloggerlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib - (Video)
-
Həbs olunan Ferhat Gündoğdunun qalmaqallı səs yazısı yayıldı
-
Nəsimi rayonunun bəzi ərazilərində işıq olmayacaq
-
Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Ağdamda 15 yaşlı qızın erkən evliliyə cəlb olunmasının qarşısı alınıb
-
Zəfərin üç mərhələsi: Azərbaycanın yaratdığı yeni geosiyasi presedent
-
Gəncədə bacı-qardaş yanıq xəsarətləri alıb
-
Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının Gəncə mərhələsi keçirilib - (Foto)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
"Qarabağ" "Zirə"yə qalib gəldi
-
Bakıda market və avtomobildən oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar
-
"Flydubai"nin ikinci pilotu etiraf etdi: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş
-
Zaur Həbibov Ukrayna-Rusiya müharibəsində həlak oldu - (Foto)
-
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanıldı
-
Rafinya Mbappeni geridə qoydu
-
Robotların sayı 5 milyonu keçdi
-
Hülya Avşarın makiyajsız halı diqqət çəkdi - (Foto)
-
Tramp: İranın işləri yaxşı getmir
-
Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"
-
Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
-
Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək (Video)
-
UEFA Millətlər Liqası: Günün ən maraqlı matçları
-
Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir
-
Bakıda ən ucuz evlər bu ərazidədir





