Maraqlı

Gözlənilməz və möhtəşəm matç oynandı - FOTO

30 Sentyabr 2013 09:47
0 Şərh     Baxış: 1 823
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Britaniyanın paytaxtı Londondakı "Uembli" arenasında bu dəfə ənənəyə xilaf matç oynanıb.

Matçda "Mançester Yunayted" rəqibini qəbul etmirdi.

Arenada qarşılaşanlar "Minnesota Vikinqs" və "Pittsburq Stilers" klubları idilər.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, stadionun arenalarında 80 mindən artıq azarkeş vardı.

Oyun Amerika Futbol Liqasının (NFL) ənənəvi, illik matçlar seriyası çərçivəsində keçirilmiş qarşılaşma idi.

Londondakı oyun başlanmazdan əvvəl meydana hər iki klubun məşhur çirlider qrupları çıxdılar.
 

Oktyabrın 27-də isə Uemblidə "Ceksonvill" klubu "San-Fransisko" ilə qarşılaşacaq.

Dünənki matç minnesotalıların 34:27 hesablı qələbəsi ilə başa çatıb.

Matçdan əvvəl və fasilədə azarkeşlər qarşısında Cin Missons, Tini Tempa, Şeril Koul və boksçu Devid Hey çıxış ediblər.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.



Fotolar: Daily Mail
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.