Matçda "Mançester Yunayted" rəqibini qəbul etmirdi.
Arenada qarşılaşanlar "Minnesota Vikinqs" və "Pittsburq Stilers" klubları idilər.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, stadionun arenalarında 80 mindən artıq azarkeş vardı.
Oyun Amerika Futbol Liqasının (NFL) ənənəvi, illik matçlar seriyası çərçivəsində keçirilmiş qarşılaşma idi.
Londondakı oyun başlanmazdan əvvəl meydana hər iki klubun məşhur çirlider qrupları çıxdılar.
Oktyabrın 27-də isə Uemblidə "Ceksonvill" klubu "San-Fransisko" ilə qarşılaşacaq.
Dünənki matç minnesotalıların 34:27 hesablı qələbəsi ilə başa çatıb.
Matçdan əvvəl və fasilədə azarkeşlər qarşısında Cin Missons, Tini Tempa, Şeril Koul və boksçu Devid Hey çıxış ediblər.
Milli.Az