İstehsalçı yeniliyə həsr olunmuş üç rəsmi video-rolik yaydı.
"Hyundai"-da iddia edirlər ki, restaylinq zamanı sedan 30-dan çox dəyişiklik əldə etdi. Koreya şirkəti əvvəllər yenilənmiş "Equus"-un bir neçə şəklini göstərmişdi, lakin onda söhbət daxili bazar və Yaxın Şərq ölkələri üçün olan variantdan gedirdi. Artıq o vaxt məlum idi ki, sedan bir qədər şəklidəyişmiş radiator barmaqlığı, başqa güzgülər və təkər diskləri, modernləşdirilmiş arxa optika əldə edəcək və banda xromun bir qədərindən məhrum olacaq.
Milli.Az Auto.az-a istinadən bildirir ki, yenilənmiş "Equus"-un interyeri yenilənmiş idarəetmə orqanları, daha keyfiyyətli bəzək materialları və analoji saat və monitoru olan cüzi işlənmiş mərkəzi konsolla fərqlənir. Cihaz paneli tamamilə rəqəmsal olub. Bundan başqa, kiçik olmayan əlverişli ləvazimat siyahısı da böyüdülüb. Ona proyeksiya displeyi, çətin seçilən yerlərin monitorinq sistemi, dairəvi görünüş kamerası və adaptiv kruiz-kontrol daxildir. Sedanın sürücüsünə üç transmissiyadan - standart, idman və qış - seçmək imkanı əlavə olunub.
"Hyundai Equus" əvvəlki kimi iki mühərikdən biri ilə - "Lambda" ailəsinin 3,8 litrlik 334 a.g. verən mühərriki və "Tau" ailəsinin beşlitrlik, 423 a.g. verən V8 flaqmanı ilə təchiz olunacaq.
Milli.Az