Maraqlı

Qeyri-adi təbiət hadisəsi yoxsa texnologiyanın oyunu? - FOTOlar

11 Yanvar 2026 13:40
Baxış: 1 910
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Böyük Britaniyada, xüsusilə Birmingham və ətraf bölgələrdə dünən axşam saatlarında səma qeyri-adi çəhrayı rəngə boyandı.

Milli.Az xəbər verir ki, bu görüntülər sosial şəbəkələrdə sürətlə yayıldı və insanlar səmanı fövqəltəbii hadisə və ya qəribə atmosfer effekti kimi şərh etdilər.

Lakin səbəb daha adi və texnoloji idi. Yanvar 2026-cı ildə Böyük Britaniyada "Goretti" fırtınası zamanı qar yağışı və buludlu hava şəraiti mövcud idi. Bu şəraitdə Birmingham City futbol stadionunda quraşdırılmış ot örtüyünü yaxşılaşdırmaq üçün LED böyümə lampalarının işığı qarla örtülmüş buludlara əks olundu və nəticədə səma çəhrayı-bənövşəyi görünməyə başladı.

Beləliklə, İngilisləri çaşdıran "cəhrayı səma" təbiətin deyil, insanların texnoloji müdaxiləsinin vizual effekti idi.

Kənan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.