Maraqlı

Eyni hədiyyəni arvadına və sevgilisinə ALDI: "1 alana 2-si pulsuz idi" dedi, ara qarışdı - VİDEO

28 Dekabr 2025 15:44
Baxış: 540
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Canlı yayımlanan bir televiziya verilişində yaşanan qalmaqallı hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Belə ki, bir kişi efirə həm rəsmi nikahlı həyat yoldaşı, həm də sevgilisi ilə birlikdə çıxıb və studiyada gərgin anlar yaşanıb.

Milli.Az xəbər verir ki, veriliş zamanı aparıcının sualları qarşısında çətin vəziyyətdə qalan kişi hər iki qadına verdiyi hədiyyə ilə bağlı etirafı ilə vəziyyəti daha da gərginləşdirib. Məlum olub ki, kişi zinət mağazasındakı kampaniyadan yararlanaraq "1 alana + 1 hədiyyə" fürsətindən istifadə edib və üzüklərdən biri üçün heç bir xərc çəkməyib.

Bu etirafı eşidən qadınlar studiyada sərt reaksiya veriblər. Bu addımını hörmətsizlik kimi qiymətləndirilib, studiyada sözlü mübahisə yaranıb, emosiyalar nəzarətdən çıxıb.

Kişinin "kampaniyadan yararlanmaq istədiyini" deməsi isə sosial şəbəkə istifadəçiləri tərəfindən "dilinin bəlasına düşdü" kimi şərh edilib. Bir çox izləyici onun bu etirafla vəziyyəti daha da ağırlaşdırdığını bildirib.

Həmin gərgin anları təqdim edirik:

Musa
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.