Maraqlı

Ağcaqanadlardan bezənlərin NƏZƏRİNƏ: bu, saniyədə 30-nu öldürür - FOTO

9 İyul 2025 04:04
Baxış: 1 795
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Indiegogo" platformasında uçuş zamanı ağcaqanadları izləyə və məhv etməyə qadir olan "Photon Matrix" lazer sistemi üçün vəsaitlərin toplanması kampaniyasına start verilib.

Milli.Az  bu barədə "4PDA" saytına istinadla xəbər verir.

Cihaz bezdirici həşəratları aşkar etmək üçün "LiDAR" moduluna əsaslanır. "Photon Matrix" onların yerini, istiqamətini və ölçüsünü cəmi üç millisaniyə ərzində təsbit edir, bundan sonra ikinci lazer işə salınaraq, ağcaqanadlar dərhal məhv edir.

Əsas model üç metr radiusda işləyir, Pro versiyasında isə məhvetmə zonası altı metrə qədər artırılıb.

Hər iki modifikasiya saniyədə 30-a qədər ağcaqanad məhv etməyə qadirdir və hətta tam qaranlıqda da işləyir.

Cihaz şəbəkədən və ya batareyadan qidalanır. "Photon Matrix"in qiymətləri əsas versiya üçün 468 dollardan başlayır və Pro modeli üçün 629 dollara qədər yüksəlir. /Oxu.Az

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.