Maraqlı

Dünyanın fırlanma sürəti artdı - Bu tarixlərdə gün qısalacaq

6 İyul 2025 19:00
Baxış: 996
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Alimlər Yer kürəsinin fırlanma sürətində gözlənilməz artım müşahidə etdiklərini və bunun nəticəsində tarixdəki ən qısa günün yaxın həftələrdə baş verə biləcəyini açıqlayıblar.

Milli.Az London Universitetindən astrofizik Qraham Cons bildirib ki, bu yay Yer üç müxtəlif tarixdə - 9 iyul, 22 iyul və 5 avqustda normaldan daha sürətli fırlanacaq. Həmin günlərdə zaman sırasıyla 1,30; 1,38 və 1,51 millisaniyə qısala bilər.

Moskva Dövlət Universitetindən alim Leonid Zotov isə vəziyyətin elmi çevrələrdə təəccüb doğurduğunu deyib: "Heç kim belə bir şeyi gözləmirdi. Bu sürətlənmənin səbəbi hələlik məlum deyil."

Hərçənd fərq millisaniyə səviyyəsindədir, mütəxəssislər bu dəyişikliklərin peyk sistemlərindən GPS dəqiqliyinə və zaman ölçüm texnologiyalarına qədər bir çox sahəyə təsir edə biləcəyi barədə xəbərdarlıq edirlər.

Qeyd edək ki, Yer normalda bir tam fırlanmasını 24 saata - dəqiq desək, 86.400 saniyəyə tamamlayır. Lakin bu müddət təbii fəlakətlər, okean axınları və atmosferdəki hərəkətlər kimi amillərlə azacıq da olsa dəyişə bilir. 2020-ci ildən bu yana isə fırlanma sürətində rekord dəyişikliklər müşahidə olunmaqdadır.

İsmayıl
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.