Maraqlı

Üzüntüsünü gizlətdi, gerçək daha ağır imiş… - Keyt Middleton ölümlə üz-üzəymiş

29 İyun 2025 11:47
Baxış: 515
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İllərdir geniş xalq sevgisi ilə əhatə olunan və güldükcə izləyicilərini də sevindirən Keyt Middleton bir Hollivud ulduzu qədər məşhurlaşmışdı. Atdığı hər addım izlənilən, milyonlarla insan tərəfindən heyranlıqla izlənən şahzadə, əslində öz içində ağır bir mübarizə aparırmış.

Milli.Az qaynarinfo.az-a istinadən xəbər verir ki, modern dövrün nağıl qəhrəmanı hesab edilən və bir gün Böyük Britaniya kraliçası olacağı gözlənilən Uels şahzadəsi Keyt Middletonun xərçəngə tutulması xəbəri bu səbəbdən cəmiyyətə böyük təsir göstərmişdi. Hətta kral ailəsinə müsbət yanaşmayanlar belə bu xəbərlə sarsılmışdı.

Qaytardığı gülümsəmə gerçəkləri gizlədə bilmədi

Xəstəliyini bildirdikdən sonra bir müddət səhnədən çəkilən Keyt Middleton son aylarda yenidən bəzi vəzifələrinə qayıtdı. Lakin onun vəziyyəti ilə bağlı son iddialar yenidən narahatlıqları artırdı.

Son anda iştirak etmədiyi bir tədbir artıq onu gözləyənlərin ürəyinə şübhə salmışdı. Məlum oldu ki, Keyt bəzi günlər xəstəliyin təsirlərindən dolayı evdən belə çıxa bilmir.

Saray mənbələrinin son açıqlamalarına görə, Keyt Middletonun xərçəng diaqnozu və aldığı kimyaterapiya müalicəsi əvvəl düşünüləndən çox daha ağır keçib və şahzadə əslində ölümlə üz-üzə qalıb.

Keytə xərçəng diaqnozu qarın boşluğundan keçirilən bir əməliyyatdan sonra qoyulmuşdu. Lakin xəstəliyin konkret növü və mərhələsi ilə bağlı heç bir rəsmi açıqlama verilməmişdi. Bu da sarayın son məlumatlarını təsdiqləyən bir detal kimi görünür.

Gözlənilmədən ortalıqdan çəkilməsi, ardından yayılan saysız şayiə və konspirasiya nəzəriyyələri Keyti məcbur etmişdi ki, video açıqlama ilə diaqnozunu özü elan etsin.

"Sağalma ehtimalı belə şans sayılır"

Adını açıqlamayan bir kral eksperti Keytin vəziyyətinin ciddiliyini belə ifadə edib: "Anladığım qədəri ilə, onun indi sağalmasından danışmaq belə böyük bir şansdır. Tam bərpası illər ala bilər".

Həssas bədəni səbəbindən fəaliyyət yükünü azaltmaq məcburiyyətində qalan Keytin bu yay Uimbldon turnirində görünməsi böyük ehtimalla gözlənilir. Ardınca isə iyul ayının əvvəlində Vindzor qalasında keçiriləcək Fransa dövlət səfərində yalnız simvolik olaraq iştirak edəcəyi, tədbirin qısa tutulacağı bildirilir.

Bu rəsmi tədbirlərdən sonra şahzadənin uşaqları ilə birlikdə yay tətilinin böyük hissəsini Norfolkdakı Sandrinqem malikanəsində keçirəcəyi ehtimal olunur.

Xəbərdarlıq kimi qəbul etdi, həyatını yenidən planladı

Kral ailəsinə yaxın çevrələr Keytin son anda imtina etdiyi tədbiri bir "xəbərdarlıq" kimi qəbul etdiyini və bu səbəblə həyat prioritetlərini yenidən planlaşdırdığını bildirirlər.

"Keyt ilin qalan hissəsində çox daha sakit həyat sürəcək. Yaxın 3 ayda onu 3 dəfədən artıq görsəniz, təəccüblənin", deyə kral müxbirləri bildirib. 

Onların sözlərinə görə, həftədə 3 dəfə tədbirə qatılması Keyt üçün ciddi bir səhv idi.

Yeni plana əsasən Keyt Middleton ayda maksimum 3 tədbirdə iştirak edəcək, bunların arasından da yalnız ən vacib gördüyü tədbirləri seçəcək.

Gülən üzü arxasında dərin yorğunluq gizlədirdi

Xalq qarşısında həmişə güldüyü halda, Keyt Middletonun əslində ictimaiyyətə açıq tədbirlərdən və ona yönələn diqqət və tənqidlərdən çox təsirləndiyi və bu səbəbdən psixoloji olaraq daha da yükləndiyi qeyd olunur.

Üstəlik əvvəlcə kral III Çarlzın, daha sonra özünün xərçəng diaqnozu alması, şahzadə Harri ilə ailə arasında yaşanan gərginliklər və həyat yoldaşı şahzadə Uilyamla bağlı yayılan şayiələr - bütün bu faktorlar emosional olaraq həssas təbiətli Keyti daha da sarsıdıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.