Ölkə

Ucarda "KamAZ" aşdı, Bakı-Qazax yolu bağlandı - FOTOlar

29 İyun 2025 14:43
Baxış: 407
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ucar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, qəza Bakı-Qazax əsas magistral yolunun Qarabörk kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Ağdaş rayon sakini, 1994-cü il təvəllüdlü Murad İslam oğlu Mustafayevin idarə etdiyi, mişar daşı ilə yüklənmiş "KamAZ" markalı yük maşını idarəetmədən çıxaraq aşıb.

Hadisə nəticəsində sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qəzanın baş verdiyi yolda nəqliyyatın hərəkəti bir müddət dayandırılıb. Aidiyyəti qurumların müdaxiləsindən sonra avtomobillərin hərəkəti bərpa olunub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.