"Qalatasaray" futbol klubu 25-ci dəfə Türkiyə çempionu olmasını qeyd etmək üçün möhtəşəm şənlik təşkil edib.
Milli.Az xəbər verir ki, gecədə klub prezidenti Dursun Özbək həyat yoldaşı Məsudə Özbəkə jest edərək, Azərbaycanın məşhur xalq mahnısı "Sarı Gəlin"in ifa olunmasını istəyib.
Xatırladaq ki, Dursun Özbək daha əvvəl - klubun yeni il tədbirində - bu mahnını özü səsləndirmişdi. Onun bu addımı həm Azərbaycanla dostluq bağlarına verdiyi önəm, həm də şəxsi duyğusal jest kimi qarşılanmışdı.
Qeyd edək ki, "Sarı Gəlin" Azərbaycan xalq musiqisinin incilərindən sayılır və təkcə musiqi deyil, mədəni körpü rolunu da oynayır. Bu mahnı Azərbaycanla yanaşı, bölgədəki bir çox xalqlar arasında da tanınır və sevilir.
Kənan
Milli.Az