Maraqlı

Antalyada sahildə köpək balığı peyda oldu - VİDEO - FOTO

5 May 2025 14:30
Baxış: 1 112
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Antalya sahillərində köpək balığı peyda olub.

Milli.Az xəbər verir ki, Antalyanın Konyaaltı sahilində dünən gərgin anlar yaşanıb.

Təxminən 2 metr uzunluğunda olan köpəkbalığı dayaz sularda görünmyə başlayıb. Həmin vaxt suda üzənlər və qumda dincələnlər olur. Sahildə dincələnlər daş ataraq köpəkbalığını uzaqlaşdırmağa çalışıblar.

Mütəxəssislər belə halların nadir olsa da baş verə biləcəyini bildirərək dənizə girənlərə ehtiyatlı olmağı və şübhəli vəziyyətlərdə dərhal rəsmi qurumlara məlumat verməyi tövsiyə ediblər.

Rəsmilər isə ərazidə təhlükəsizlik tədbirlərinin gücləndirildiyini və dənizdə təhlükəsizliyin təmin olunması üçün işlərin davam etdiyini açıqlayıblar.

Qeyd edək ki, Antalya və Bodrum yayda azərbaycanlıların da üz tutduğu istirahət zonalarındandır.

İsmayıl
Milli.Az

 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.