Maraqlı

Zəhra Poluxova İsgəndəriyyədə beynəlxalq münsiflər heyətində təmsil olundu - FOTOlar

21 Aprel 2025 16:30
Baxış: 666
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aprelin 21-də Misirin İsgəndəriyyə şəhərində dünyanın müxtəlif ölkələrindən 30-dan artıq iştirakçının qatıldığı ənənəvi "Miss Eco International" gözəllik və ekoloji maarifləndirmə müsabiqəsi keçirilib. Bu il müsabiqə yubiley xarakteri daşıyıb - tədbir artıq 10-cu dəfə təşkil olunub.

Milli.Az xəbər verir ki, tədbirdə dövlət rəsmiləri, Misirdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri, səfirlər, eləcə də elm və incəsənət xadimləri iştirak ediblər.

Bu ilin qalibi Filippinli model Aleksiye Kaimos Bruks olub. O, tacı keçən ilin qalibi - ukraynalı model Angelina Usanovadan qəbul edib.

Müsabiqənin münsiflər heyəti əsasən Misirin tanınmış dizaynerləri, kino və media nümayəndələrindən ibarət olsa da, yeganə beynəlxalq ekspert kimi azərbaycanlı fashion dizayner Zəhra Poluxova yer alıb. O, ölkəmizi beynəlxalq münsif kürsüsündə uğurla təmsil edib.

Zəhra Poluxovanın bu sahədə artıq xeyli təcrübəsi var. O, ötən il "Miss Eco Teen International" və "Top Model of Azerbaijan 2024" kimi nüfuzlu moda layihələrində də iştirak edib. Gənc yaşına baxmayaraq, onun dizayn etdiyi geyimlər həm özü, həm də Türkiyə və Misirin tanınmış müğənniləri və moda ustaları tərəfindən istifadə olunub və yüksək qiymətləndirilib.

"Gələcək planlarım həm Azərbaycan, həm də beynəlxalq moda və mədəniyyət layihələri ilə bağlıdır", deyə Zəhra saytımıza açıqlamasında deyib. 

Kənan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.