Maraqlı

İnsana verilən ilk ad NƏ OLUB?

22 Mart 2025 14:00
Baxış: 953
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İnsanlar yüz minlərlə il öncədən bir-birlərini adla çağırmağa başlayıblar. Lakin biz bu qədim adların necə səsləndiyini heç vaxt bilməyəcəyik, çünki o vaxtlar yazı yox idi.

Milli.Az xəbər verir ki, şəxsi adların ilk qeydləri yalnız təxminən 5500 il əvvəl, Mesopotamiyadakı şumerlərin mixi yazını icad etdikləri zaman ortaya çıxıb.

Beləliklə bəşər tarixində indiyə qədər aşkarlanmış ilk ad eramızdan əvvəl 3100-cü ilə aid olan gil lövhələrindən birində yazılmışdı. Alimlər ən qədim adı cəmi 8x8 santimetr olan kiçik gil lövhənin üzərində aşkarlayıblar.

Lövhənin sol küncündə mixi işarələrlə Ku-şim yazılıb. Elə bəşər tarixində bilinən ilk adın da Ku-şim olduğu güman edilir. /Bizim.Media

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.