Maraqlı

"Ölüm dərəsi"nin sirri: Daşlar nəyə görə öz-özünə hərəkət edir? - FOTO

9 Mart 2025 11:00
Baxış: 907
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bura planetin ən isti yerlərindən biridir və temperatur 55-58,1 dərəcə arasında dəyişir. ABŞ-ın Kaliforniya ştatındakı "ölüm dərəsi" də insanların həyatı üçün böyük təhlükədir. Bu böyük, hamar, heç bir həyat şərtləri olmayan gilli yayla Yerin ən isti ərazisidir. Bu səhranın bəzi yerlərində ilk baxışdan adi görünən və futbol topu ölçüsündən, ton yarıma qədər çəkisi olan qaya parçaları var. Məhz bu daşların sirrini alimlər uzun illərdir ki, çözə bilmirlər. Məsələ ondadır ki, bu daşlar məlum olmayan səbəbdən və müəmmalı şəkildə özlərindən sonra iz qoyaraq hərəkət edir.

Bu vadi Şərqi Kaliforniyada, Mojave səhrasında yerləşir və eyni zamanda Cənub-Qərbi Yuta, Cənubi Nevada və Şimali-Qərbi Arizonanı da əhatə edir.

Bu ərazidəki sirr, onun yüksək temperaturundan və səhralıq landşaftından daha böyükdür.

Hərəkət edən daşlar

Öz-özünə hərəkət edən daşların sirri uzun illərdir araşdırılan bir fenomendir. Milli.Az xəbər verir ki, akademik elmi jurnal "Plos One"a görə, bu hadisənin səbəbi quru torpaqda yaranan nazik su təbəqəsi ilə bağlıdır.

Gecə saatlarında su donaraq daşların alt hissəsində buz təbəqəsi əmələ gətirir. Gün ərzində yüksək temperatur səbəbindən buz əriyir və qırılır. Nəticədə daşlar hərəkət edir və torpaq üzərində aydın izlər buraxır. Bu daşlar dəqiqədə 5 metrə qədər sürüşə bilir.

Xəyal Abdullayev
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.