Xəzər dənizinin suyunun qırmızı rəngə boyanması ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.
Milli.Az-ın məlumatına görə, Qazaxıstan mətbuatı xəbər verir ki, hadisə Aktau çimərliklərindən birində qeydə alınıb.
Ekoloqlar dəniz suyundan nümunələr götürərək kimyəvi maddələrin və neft məhsullarının olub-olmadığını yoxlayıblar.
Məlum oldu ki, heç bir təhlükə yoxdur, hamısı suyu qırmızı rəngə boyayan yosunların yığılması ilə bağlıdır. (Metbuat.az)
Milli.Az