Maraqlı

Ötən ilin sevgi mövzusunda ən yaxşı 3 FİLMİ

17 Fevral 2025 06:06
Baxış: 648
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2024-cü ildə sevgi mövzusunda bir neçə film təqdim olundu. Bəziləri qəliz, bəziləri isə ilhamvericidir. Hər kəs bu filmlərdə özünə aid bir şey tapacaq.

Milli.Az 2024-cü ilin sevgi mövzusunda ən yaxşı üç filmini təqdim edir.

"Sevirsənsə, burax"

Bu film Kolin Huverin "Sevirsənsə, burax" kitabı əsasında çəkilib. Hekayə zorakı münasibətlərdən bəhs edir, lakin xoş sonluqla bitir. Lili adlı qız həm mənəvi, həm də fiziki olaraq ona zülm edən ərindən xilas ola bilir və bütün travmalarını sağaldan, ona parlaq və xoşbəxt gələcək üçün ümid bəxş edən həqiqi sevgini tapır.

"Səni düşünmək"

Bu film 40 yaşlı qadın və 24 yaşlı gənc oğlan arasındakı münasibətlərdən bəhs edir. Müasir dünyada yaşamağımıza baxmayaraq, belə cütlüklər hələ də cəmiyyətin qınağı ilə üzləşirlər. Amma böyük yaş fərqi sevgini məhv edə bilərmi? Baş qəhrəmanlar hisslərini gizlətməyə çalışırlar, amma bunu bacaracaqlarmı?

"Rəqiblər"

"Rəqiblər" filmi məşqçiyə çevrilmiş bir tennisçi qadından bəhs edir. Onun həyat yoldaşı da peşəkar olaraq bu idman növü ilə məşğul olsa da, bir sıra məğlubiyyətlərdən sonra motivasiyasını itirməyə başlayır. Qadın sevdiyi insana kömək etməyin yolunu tapır, lakin vəziyyət qızışır, çünki onun növbəti rəqibi qadının keçmiş sevgilisi olur. /Lent.az 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.