Maraqlı

Yanağından öpdü, qızın üzü yandı - Mən etdim, siz etməyin - FOTO

8 Fevral 2025 09:59
Baxış: 684
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sarah Davies dolğunlaşdırıcı təsiri olan dodaq parladıcısı çəkdiyini unudaraq 8 yaşlı qızını yanağından öpdükdən sonra gözlənilməz hal ilə qarşılaşıb. Öpüşdən sonra qızın yanağı qızarıb və yanıq əmələ gəlib.

Milli.Az xəbər verir ki, Daily Mail-in məlumatına görə 41 yaşlı Davies dodaq parladıcısı çəkdikdən sonra doğum günü mərasiminə yollayacağı qızı Avanı yanağından öpüb. Bir müddət sonra qızının yanağında qızartı yaranıb və toxunduqda isti olduğunu hiss edib. O, dodaq boyası çəkdiyini xatırlayaraq dərhal qızının üzünü yuyub və aptekə gedib. Əczacının məsləhət gördüyü kremi çəkdikdən sonra qızının yanağı sağalıb.

Davies məhsulun qablaşdırmasını atdığı üçün onun xəbərdarlıq yazısını oxumadığını və bu tip məhsulların uşaqlardan uzaq tutulmalı olduğunu bildirib. Yaşadığı hadisədən dərs çıxardığını qeyd edən ana, "Bir dəqiqə içində yanağı qızardı. Əgər yeni doğulmuş körpə olsaydı, vəziyyət daha da pis ola bilərdi. Mən belə səhv edə bilmişəmsə, başqaları da edə bilər. Artıq bu məhsulu istifadə etməyəcəyəm. Mənim səhvimi etməyin" sözləri ilə valideynləri diqqətli olmağa çağırıb.

İsmayıl
Milli.Az

 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.