Sankt-Peterburqda yerli sakin müxtəlif günlərdə əkiz uşaq dünyaya gətirib.
Milli.Az Rusiya KİV-nə istinadla bildirir ki, qeyri-adi əkizlər barədə 10 saylı şəhər Doğum Evinin mətbuat xidməti məlumat yayıb.
"Yeni il bayramlarında Morozlar ailəsində əkiz oğlanlar dünyaya gəlib. Yalnız doğuş çox qeyri-adi olub: Konstantin yanvarın 2-də saat 23:47-də, yanvarın 3-də isə saat 00:05-də Mixail dünyaya gəlib", - həkimlər paylaşıblar.
Doğuş hamiləliyin 38-ci həftəsində baş verib.
Oğlanların anası Polina Moroz əvvəlcə oğullarının hər birinin öz yolu olmasını istədiyini bölüşüb. Və onlar üçün fərqli şeylər seçəcəyini güman edir.
"Görünür, bu bir xahiş idi, hətta doğum tarixləri ilə belə oldu" ana zarafat edib.
Polina və Vadim Moroz cütlüyün 14 yaşlı oğlu da var. /Lent.az
Milli.Az