ABŞ-nin heç kimə satmadığı təyyarə - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
1944-cü ildə nasistlərə və Yaponiyaya qarşı müharibədə qalib gəlmək üçün 100 minə yaxın təyyarə istehsal etməli olan ABŞ bu qələbəni hava üstünlüyünə borclu idi.
Milli.Az xəbər verir ki, ABŞ Soyuq Müharibə illərində hava üstünlüyünü möhkəmləndirmək üçün böyük sərmayələr qoymuşdu ki, bu da xüsusilə İkinci Dünya Müharibəsi zamanı özünü büruzə verir.
F-22 Raptor, F-16 və bir çox oxşar təyyarələr istehsal edən ABŞ-nin ən xüsusi təyyarələrindən biridir. ABŞ 2005-ci ildə istifadəyə verilən F-22-ni heç bir ölkəyə satmır.
F-22 Raptor qırıcı təyyarəsi bəlkə də Soyuq Müharibə zamanı əldə edilmiş texniki biliklərin zirvəsidir. Dilimizdə "Yırtıcı quş" mənasını verən təyyarə 2005-ci ildə istifadəyə verilsə də, onun inkişafı təxminən 14 il çəkib. İlk uçuşunu 1997-ci ildə edən F-22 Raptor 1991-ci ildə hazırlanmağa başlanıb.
ABŞ-nin məşhur təyyarə və kosmik sənaye brendi olan "Lockheed Martin" şirkəti tərəfindən istehsal olunan təyyarə bu gün də dünyanın ən yaxşı təyyarələrindən biridir. Xüsusilə hava üstünlüyü üçün, yəni digər təyyarələrlə döyüşlər üçün hazırlanmış təyyarə qurudan hücumlarda da istifadə edilə bilər.
F-22 dünyanın ilk 5-ci nəsil təyyarəsi və gizli (radardan yayınma) xüsusiyyətinə sahib ilk təyyarəsi olaraq da diqqət çəkir. F-22-ni gizli xüsusiyyəti ilə təmin edən ən mühüm xüsusiyyət təyyarənin aşağı metal tərkibidir. Bu təyyarələrin böyük hissəsi kompozit materiallardan ibarətdir.
Radarlardan yayınma qabiliyyətini azaltmamaq üçün F-22 Raptorun döyüş sursatı təyyarənin altındakı xüsusi bölmədə yerləşdirilib. Bu şəkildə metaldan hazırlanmış sursatlar radarlar tərəfindən aşkarlana bilmir.
Təyyarənin fiziki xüsusiyyətlərinə gəlincə, təyyarənin uzunluğu təqribən 19 metr, hündürlüyü isə 5 metrdir. Təyyarənin qanadlarının genişliyi 13 metrdir. Sursatsız təyyarənin çəkisi 15 tondur.
İki mühərrikli F-22-lərin F-119 mühərrikləri bir çox mütəxəssis tərəfindən mühəndislik möcüzəsi kimi təsvir edilir. F-119 mühərrikləri də digər mühərriklərdən daha yüngüldür və beləliklə, təyyarənin manevr qabiliyyətini artırır.
Saatda 2100 kilometr sürətə çata bilən təyyarə əslində F-16-dan daha yavaşdır, lakin bu təyyarə daha çox gizli və digər təyyarələrlə hava döyüşü üçün istehsal edildiyi üçün bu, dezavantaj olaraq görülmür. Təyyarənin uçuş məsafəsi 3000 km-dir.
Hava-hava və hava-yer də daxil olmaqla hər cür əməliyyata uyğun olaraq dizayn edilən F-22 Raptorun hava şəraiti baxımından heç bir dezavantajı yoxdur. /Lent.az
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
"Daha 17"də yeni sima - (Foto)
-
Geyimləri ilə gündəmə gələn Fidan müəllim saxlanıldı
-
Noxud bişirməyin gizli sirri: Sərt dənələr belə yumşalır
-
Sakinlər bu yolda radar quraşdırılmasını istəyirlər - (Video)
-
Bu gündən şansları dönür: Bu 4 bürcü böyük dəyişikliklər gözləyir
-
Soyuducunu harada yerləşdirmək daha yaxşıdır?
XƏBƏR LENTİ
-
"İmişli" "Şəfa"ya qalib gəldi, "Qəbələ" - "Şamaxı" matçında heç-heçə
-
Şəhidin həyat yoldaşı və qızı tələbə olub - (Foto)
-
Kürdəmirdə avtomobil aşıb, beş nəfər xəsarət alıb - (Foto)
-
Dünyanın ən yaraşıqlı kişiləri bu ölkədə yaşayır
-
380 kiloqramdan 110 kiloqrama düşdü - tanınmaz haldadır - (Foto)
-
"Daha 17"də yeni sima - (Foto)
-
MEDİA: “Ajmedia.news”un fəaliyyəti qanunsuz hesab edilib
-
Bakının bu qəsəbələrində həyət evləri kəskin ucuzlaşır
-
Sıla Türkoğlu nişanlandı - (Foto)
-
Coşqun Əliyev qızıl medal qazanıb - (Foto)
-
Fuad İbrəhimov işdən çıxarıldı
-
Şirvanda iki avtomobili toqquşub, ölən və yaralanan var - Yenilənib (Foto)
-
Könül Kərimova və Təranə Qumral küsülülüyə son qoydu - (Foto)
-
Ukrayna səfiri Türkiyə XİN-ə çağırıldı
-
Əməkdar artistin fotosu Azərbaycan dərsliyinə salındı - (Foto)
-
Dani Bolt Malayziyaya getdi - (Foto)
-
Azərbaycanda ovuc içi ilə ödəniş tətbiq edildi
-
Ceyda Düvenci evləndi
-
Narkotikin təsiri altında maşın idarə edən sürücü həbs edildi
-
28 yaşlı oğlan parkın qarşısında söyüş söydü - Həbs edildi
-
“Qalatasaray” ulduz futbolçu ilə razılığa gəldi
-
Bakı-Naxçıvan reysləri hava şəraitinə görə təxirə salındı
-
"Sabah"ın oyunlarının təqvimi açıqlandı
-
Bakıda 3 gün leysan olacaq - Xəbərdarlıq





