“Şamaxı lotusu” sözü belə yaranıbmış – Ermənilər ona görə uydurub ki…
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Üzeyir Hacıbəyovun məşhur "O olmasın, bu olsun" əsəri əsasında çəkilən filmdə Məşədi İbad papağı başına qoymaqla bağlı tərəddüdü zamanı belə bir ifadə işlədir: "Papağı belə qoysam, Şamaxı lotusuna oxşayacam". Filmdən sonra sitat cəmiyyətdə yayılıb və bu gün də istifadə edilir. Lakin bu ifadənin kimlər tərəfindən və niyə yaranması barədə heç kim sual verməyib, niyə məhz Şamaxı və niyə məhz "Lotu" sözünün eyni vaxta işlədilməsinə maraq göstərməyib. Axı Azərbaycanın uzun illər paytaxtı, mədəniyyət və incəsənət sahəsində qədim bir tarixi olan şəhərə bu cür ifadə yersiz və təhqirdir".
Bu sözləri tarixçi alim, dosent Zaur Əliyev deyib.
O, məlum sözün yaranmasının əsl səbəbini açıqlayıb:
"Lut qövümü barədə dini kitablarda kifayət qədər məlumat var. Quranın da elçilərindən biri olan Lut peyğəmbər İbrahim peyğəmbərdən ayrılıb, Sodom qövmünün ərazisində məskunlaşmışdı. Rəvayətlərdən görünür ki, oranın camaatı əxlaqsız bir həyat yaşayırdılar və Lut peyğəmbər onları düzgün yola gətirə bilmədiyi üçün Allah oranı lənətləyib və şəhəri yerlə yeksan edib. Alman arxeoloq Verner Keller burda araşdırma aparandan sonra yazır: "Bu bölgədə özünü göstərmiş olan çox böyük bir çökmədə partlayışlar, ildırımlar, yanğınlar və təbii qazlarla birlikdə qorxunc bir zəlzələ baş verib və Siddim Vadisi ilə birlikdə Lut qövmünün şəhərləri də yerin dərinliklərinə qərq olub". Ondan sonra hansı şəhərdə əxlaqsızlıq baş verirsə, oranı Lut qövümü adlandırdılar. Zamanla türk dillərində bu söz "lut", "lot", "lotu" sözünə çevrilir. Sözün etimologiyasında ərəbcə "la:ta" feili - bir nəsnəyə "yapışmaq", yaxud "ehtirasla yapışıb qalmaq" mənaları dayanır".
Alim bu sözün hansı səbəbdən Şamaxıya aid edildiyinə aydınlıq gətirib:
"Məlumdur ki, son 300 ildə Azərbaycan torpaqlarına köçürülən ermənilər Şamaxıda istədiyi "azadlıqları" əldə edə bilmirdilər. Şamaxı camaatı ermənilərə əl-qol açmağa imkan vermirdilər. Buna görə də tarixən ermənilər Şamaxıdan qisas almaq arzusu ilə yaşayıblar və nəticədə 1918-ci ilin mart ayında şəhərdə görünməz vəhşliklər həyata keçirirlər. Bu hadisə sonra olacaq idi, amma o dövrə qədər ermənilər həmin şəhərdə heç bir zaman söz sahibi ola bilməyiblər. Məhz sözün yaranması da bu tarixə aiddir. Bildiyimiz kimi, Şamaxı və onun ətraf rayonları tarix boyu Azərbaycanın ən çox və fəal zəlzələlər baş verən mərkəzi olub. Çox-çox qədimlərdən bəri qüvvətli zəlzələrin nəticəsində burada tez-tez böyük dağıntılar baş verib ki, bu da həmin ifadənin meydana gəlməsinə səbəb olub. 1902-ci il fevralın 13-də dağıdıcı zəlzələnin qurbanı olan şəhərə çox böyük ziyan dəymişdi. O zamanlar 27 minə qədər əhalisi olan Şamaxı yerlə yeksan olmuş, şəhər ətrafındakı 30 kənddə də dağıntılar baş vermişdi. Bu hadisədən sonra oradan köçən ermənilər "Şamaxı Lot qövümü kimi cəzasını aldı ermənilərə etdiklərinə görə" deyiblər.
Bu ifadə təəssüf ki, ilk dəfə içimizdəki xainlərə görə Azərbaycan SSR-in ilk xalq yazıçısı adını almış erməni yazıçısı Aleksandr Şirvanzadə tərəfindən işlədilib və zamanla "Şamaxı Lut" "Şamaxı lotusu" sözünə çevrilib".
Zaur Əliyev deyib ki, bu söz təhqir formasında xalqımıza, şamaxılılara qarşı ermənilər tərəfindən dilimizə gətirilib və nəticədə bu gün bilən də, bilməyən də o sözdən geniş istifadə edir. /Globalinfo.az
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Yuxudan duran kimi bunu edin
-
Qumralın əri ilə eşq dolu rəqsi diqqət çəkdi - (Video)
-
Mətbəx süngəri tarixə qovuşur
-
Günün qoroskopu: Ətrafınızdakıların fikirlərinə də bir qədər yer ayırın
-
Almaniyada insanlar niyə hesabı ayrı-ayrı ödəyir?
-
Bu qış xəyanət təhlükəsi artır: Hansı bürclər gizli eşq yaşaya bilər?
XƏBƏR LENTİ
-
Yuxudan duran kimi bunu edin
-
Qumralın əri ilə eşq dolu rəqsi diqqət çəkdi - (Video)
-
Mətbəx süngəri tarixə qovuşur
-
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - (Video)
-
Burcu Biricik : "Milyonlar qazanan cəmi 3-5 aktyor var"
-
Günün qoroskopu: Ətrafınızdakıların fikirlərinə də bir qədər yer ayırın
-
Almaniyada insanlar niyə hesabı ayrı-ayrı ödəyir?
-
Bu qış xəyanət təhlükəsi artır: Hansı bürclər gizli eşq yaşaya bilər?
-
Mebel almaq istədi, aldandı - (Video)
-
Qaxda mikroavtobus dərəyə aşdı - (Video)
-
“Razılaşma əldə etməkdə çox maraqlıdırlar” - Donald Tramp
-
Ağdamda avtomobil aşdı, xəsarət alanlar var - (Video)
-
Kanalizasiya xətti üstündə dava düşdü - (Video)
-
Hərəkətdə olan avtomobil anidən alışdı - (Video)
-
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - (Foto)
-
Misirdə qatar qəzasında ölənlərin sayı 7-yə çatıb
-
Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb - (Foto)
-
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - (Foto)
-
“Müsəlman Birliyi Hərəkatı" üzvləri Almaniyadan deportasiya olunacaq – məntiq və qanun bunu tələb edir - (Video)
-
Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva, Rəcəb Tayyib Ərdoğan və Əminə Ərdoğan Vətən Müharibəsi Qəhrəmanları və ordenlərlə təltif olunmuş hərbçilərlə görüşüblər - (Video)
-
"Sabah" "Şamaxı" ilə, "İmişli" "Sumqayıt"la heç-heçə etdi
-
Cem Uslu “Eşref Tek”də rol alacaq - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Rəcəb Tayyib Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - (Video)
-
Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur - Ərdoğan





