Maraqlı

Hörümçək özündən 10 dəfə böyük heyvan yedi - VİDEO

3 Oktyabr 2024 20:48
Baxış: 689
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hörümçək özündən 10 dəfə böyük heyvan yeyib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, elm adamları bu kəşfə heyran qalıblar.

Hörümçək öz ölçüsündən on dəfə böyük bir siçan yeyib. 2023-cü ildə aparılan bir araşdırma artıq hörümçəklərin kərtənkələ və yarasa kimi böyük canlılara hücum edə bildiyini göstərib. Tədqiqat qrupu təəccüblü anı təsadüfən yataq otağının pəncərəsindən lentə alıb, burada hörümçəyin bir yem tutduğunu və sonra onu yediyini görüb.

Müqayisə üçün: hörümçəyin uzunluğu 1,5 santimetr, siçanın bədəni təxminən 5 santimetrə, quyruğu isə daha 4 santimetrə çatır. Kadrlarda siçanın tutulduğu tor və onun hələ də sağ olduğunu göstərən yüngül hərəkətləri əks olunub. Elm adamları bu hərəkətlərin hörümçək zəhərinin toksinlərindən qaynaqlandığını düşünürlər.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.