Dünya

İsrail 3 ay sonra məlumat yaydı: HƏMAS liderləri öldürüldü

3 Oktyabr 2024 21:08
Baxış: 662
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

HƏMAS Siyasi Şurasının üç üzvü Ravi Müştəha, Sameh əs-Sərrac və Sami Odeh İsrail ordusunun 3 ay əvvəl həyata keçirdiyi əməliyyat zamanı məhv edilib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə İsrail ordusu və Şin Betin bu gün yaydığı məlumatda qeyd olunub.

Məlumata görə, həyata keçirilən aviazərbələr zamanı hər 3 lider Qəzzanın şimalındakı tuneldə olublar.

Qeyd edək ki, Ravi Müştəha HƏMAS lideri Yəhya Sinvanın ən yaxın adamlarından biri sayılırdı.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.