Maraqlı

Kralları belə öldürən ən məşhur lənətlənmiş zinət əşyası - FOTO

28 İyul 2024 16:00
Baxış: 1 831
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Ümid almazı" 45,52 karat ağırlığında böyük bir almazdır. Uzun illərdir şöhrət qazanmış bu sapfir mavi rəngə malikdir.

Milli.Az sfera.az-a istinadən xəbər verir ki, tarixi boyu "Ümid Almazı" nın bir çox sahibləri olub və onların heç də hamısı təbii ölümlə ölməyib. Uzun müddət almazın Hindistanda yerləşən Kollur adlı mədəndən çıxarıldığına inanılırdı. Lakin yeni məlumatlar göstərir ki, "Ümid Almazı" böyük ehtimalla, bu ərazidən 300 km məsafədə yerləşən kimberlit yatağından hasil edilib.

"Chicago Diamond Buyer"ə görə, bu gün gözəl, lakin lənətlənmiş hesab edilən almazın dəyəri təxminən 250 milyon dollardır.

Tarixi boyu daşın 17-ci əsrdə kəşf edildiyini nəzərə alsaq, bu zinət əşyasının bir çox sahibini dəyişib. Bəzi tarixi mənbələrə görə, kəsilməmiş "Ümid Almazı" fransız və zərgərlik satıcısı Jan-Batist Tavernier tərəfindən alınıb.

Sonra, illər keçdikcə Ümid Almazı Fransa kralı XIV Lüdovik də daxil olmaqla kral ailəsinə məxsus olub. Nəhayət, Nyu-York zərgəri Harri Uinston bu almazı 1958-ci ildə Vaşinqtondakı "Smithsonian" İnstitutuna bağışladı. Almaz bu günə qədər orada qalıb.

Almazın şöhrəti Tavernierin heç vaxt daşı almadığına dair fərziyyələrdən irəli gəlir. Belə ki, fransız tacirin onu Hindistan məbədindəki hindu heykəlindən oğurladığına dair bir iddia var.

Məbədin ağsaqqalları itkini aşkar edərək, almazı və onunla birlikdə bütün sonrakı sahiblərini lənətləyiblər.

Bu əfsanə almazın bəzi sahiblərinin əslində gözlənilmədən ölməsi və ya digər bədbəxtlik qurbanı olması səbəbindən daha da güclənib. Lənət əfsanəsinin tərəfdarları XIV Lüdovikin və Mari Antuanettadan misal çəkirlər.

Bu gün mavi almaz 16 ağ almazdan ibarət kulonda quraşdırılıb və başqa 45 ağ brilyant ilə zəncirdə asılıb.

"Titanik" filmindəki qondarma bənzərinin təsvir edilməsinə baxmayaraq, əsl almaz heç vaxt bu gəminin göyərtəsində olmayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.