Maraqlı

Hansı cütlüklər ayrı yatmalıdırlar? - HƏKİM MƏSLƏHƏTİ

11 İyul 2024 06:34
Baxış: 1 787
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ayrı-ayrılıqda yatmaq orta yaşlı cütlüklərin, eləcə də ayıq yatanlar və müəyyən temperaturda dincəlməyə öyrəşmiş cütlüklərin münasibətlərini gücləndirə bilər. Bunu ABŞ-nin Şimali Dakota Yuxu Mərkəzinin tibbi direktoru Sima Hosla bildirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, həkim izah edib ki, yeddi-səkkiz saat keyfiyyətli yuxu cütlük münasibətlərini gücləndirmək üçün son dərəcə vacibdir.

Bəzi araşdırmalar göstərir ki, xroniki olaraq yuxusuzluqdan əziyyət çəkən və ya yuxusu zəif olan insanlar partnyorları ilə münaqişələrə daha çox meyillidirlər.

Xoslanın sözlərinə görə, xoruldama, diksinmə, yorğan üçün "mübarizə" və s. həssas yuxusu olan insanların həyat keyfiyyətini əhəmiyyətli dərəcədə pisləşdirə bilər. Belə çətinliklərlə qarşılaşdıqda cütlüklərə ayrı yatmaq tövsiyə edilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.