Maraqlı

Rəqəmsal dələduzlar arasındakı əsas trendlər AÇIQLANDI

2 İyul 2024 23:50
Baxış: 406
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

  Məşhur Dr.Web antivirusunun tərtibatçıları bu ilin ikinci rübündə ən geniş yayılmış rəqəmsal təhlükə növləri barəsində hesabatı təqdim ediblər.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, məlumata görə, bu ilin ikinci rübündə istifadəçilər daha çox arzuolunmaz reklam tətbiqləri, reklam istiqamətli troyan (trojan) tətbiqlər və digər troyan tətbiqlər daxilində olmuş zərərli proqram təminatları ilə qarşılaşıblar. Dr.Web mütəxəssisləri 2024-cü ilin ikinci rübündə rəqəmsal dələduzlar arasında 3 trendi xüsusi olaraq ayırıblar.

- Reklam istiqamətli proqram təminatları ilə troyan tətbiqlərinin yüksək aktivlikləri
- Elektron poçt trafikində çoxlu sayda zərərli skriptlər ilə bütün növ fişinq (phishing) sənədlərinin mövcudluğu
- Android.HiddenAds sinifinə daxil olan reklam istiqamətli troyan tətbiqlərin daha çox halda istifadə edilmələri.
     Bununla yanaşı məlumatda qeyd edilib ki, mütəxəssislər Google Play platformasında Android.FakeApp sinifinə daxil olan virusları aşkar ediblər. Onlardan bəziləri maliyyə tətbiqləri ilə sorğu və viktorinalar üçün nəzərdə tutulmuş servislər şəklində yayılıblar.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.