Maraqlı

Türk pilotların “Sikorski” ilə tarixə keçən manevri

21 May 2024 23:20
Baxış: 873
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

1990-cı ildə Türkiyə Silahlı Qüvvələri ilk dəfə "Sikorski S-70" helikopteri alırlar. Bu zaman "Sikorski" (Sikorsky) mühəndisləri türkləri S-70 modelinin "loop" hərəkətini (çevrə üzrə tərsinə dönmək) edə bilməyəcəyi barədə xəbərdarlıq edir. Türk pilotlar bunu edə biləcəklərini iddia edirlər. İş böyüyür. "Sikorski" şirkəti və Türk Silahlı Qüvvələri komandanlığı bu barədə mərcə girir.

Milli.Az kult.az-a istinadən xəbər verir ki, bu sözləri tarixçi alim Zaur Əliyev paylaşıb.

Onun sözlərinə görə, türk pilotlar S-70 modeli ilə "loop" hərəkətini yerinə yetirir. Bu sınağı izləyən "Sikorski" mühəndisləri deməyə söz tapmır.

Daha sonra bu sınaq zamanı çəkilmiş şəkil S-70 modelinin reklamlarında istifadə olunur. Bu helikopteri sonradan alan ölkələr bunu kimlərin və necə etdiyini soruşduqda isə məşhur bir deyim yaranır:

"Necə etdiklərini biz də bilmirik. Tək bildiyimiz odur ki, onlar Türkdür".

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.