Maraqlı

“Lego”nun yaradıcısının nəticəsi səhmlərini fantastik qiymətə satdı

2 Dekabr 2023 23:30
Baxış: 600
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Lego"nun yaradıcısının nəticəsi 47 yaşlı Sofi Kirk Kristiansen ("Lego"nun 75%-nə sahibdir) "Kirkbi A/S" şirkətinə məxsus qiymətli kağızları 930 milyon dollara satıb. Şirkətə onun qardaşı Tomas Kirk Kristiansen rəhbərlik edir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rbc.ru xəbər portalı məlumat yayıb.

"Kirkbi" bildirib ki, vəsait dividend kimi ödənilib və səhmlər ləğv edilib. Belə ki, digər ailə üzvləri ailə biznesindəki paylarını artırıblar.

Şirkətin bəyanatında, həmçinin deyilir ki, Sofi Kirk Kristiansen ətraf mühit layihələrinə diqqət yetirmək üçün bu il səhmlərinin bir hissəsini satmağa qərar verib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.