Maraqlı

Dünyanın ən ucuz və ən bahalı şəhərləri hansılardır?

2 Dekabr 2023 15:09
Baxış: 657
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2023-cü ildə dünyanın ən bahalı və ən ucuz şəhərləri bəlli olub. "Dünyanın ən bahalı şəhərləri" siyahısında Sinqapur və Sürix ilk sırada yer alıb. Dünyanın ən ucuz şəhəri Suriyanın paytaxtı Dəməşqdir.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, "ECONOMIST Intelligence Unit"-in (EIU) hesabatına görə, ötən il altıncı sırada olan Sürixin builki siyahıda birinci yerə yüksəlməsində İsveçrədə ərzaq məhsulları, məişət əşyaları və əyləncə qiymətlərindəki artım təsirli olub. Sinqapur şəhər dövlətində nəqliyyatın və geyimin baha olması da diqqət çəkib.

Keçən il birinci olan Nyu-York İsveçrənin Cenevrə şəhəri ilə üçüncü yerə geriləyib. İlk 10-luğa daxil olan digər Asiya şəhəri Honq Konq beşinci, Los Anceles isə altıncı yeri tutub. Paris yeddinci ən bahalı şəhər seçilib. İsrailin paytaxtı Təl-Əviv səkkizinci yeri Danimarkanın paytaxtı Kopenhagenlə bölüşüb.

Dünyanın ən ucuz şəhəri isə Suriyanın paytaxtı Dəməşqdir. Siyahıda Dəməşqi İranın paytaxtı Tehran izləyir. Üçüncü yerdə Liviyanın paytaxtı Tripoli gəlir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.