Maraqlı

Ayı sıldırım qayaya alpinist kimi dırmaşdı - VİDEO

8 Oktyabr 2023 00:44
Baxış: 1 270
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiyanın Saxalin vilayətinə daxil olan İturup adasında (Kuril adalarından biri) turistlər görünməmiş hadisənin şahidi olublar. Onların gözləri qarşısında uzaqdan görünüşünə görə alpinistə bənzəyən iri ayı qayanın divarı ilə yuxarı dırmaşıb. Düzdür, onun yanında nə alpinist ləvazimatları, nə də yamaca dırmaşmaq üçün kəndirli karabinlər olmayıb. Bu missiya zamanı əyripəncə yalnız caynaqlarından istifadə edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, alpinist ayının videosu turistlər tərəfindən sosial şəbəkələrdə yayımlanıb və sonradan qeyd ediblər ki, heyvan sadəcə bir qrup insan tərəfindən qorxmuş ola bilərdi. Bu halda isə vəziyyət tamamilə başqa istiqamət alır, çünki heyvan hər an qaya divarındakı çıxıntıdan tuta bilməyərək yıxıla bilərdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.