Maraqlı

Mayadan hazırlanan maska ilə dərinizi yeniləyin

6 Avqust 2023 17:40
Baxış: 917
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Un məhsullarını qabartmaq üçün istifadə olunan maya eyni zamanda təbii dəriyə qulluq vasitəsidir. Mayadan hazırlanan maska ​​dərini tamamilə yeniləyir, məsamələri təmizləyərək cildin nəfəs almasına yardımçı olur və tərkibindəki faydalı bakteriyalar sayəsində qidalandırır.

Milli.Az Axşam.az-a istinadən ev şəraitində hazırlayıb tətbiq edə biləcəyiniz maya maskasınının hazırlanma qaydasını təqdim edir.

Qaba 1 xörək qaşığı süd və 1 xörək qaşığı təzə maya əlavə edib, krem halına gələnə qədər qarışdırın. Təmiz üzə çəkin. Maska kifayət qədər quruduqdan sonra ilıq su ilə dəridən soyub çıxarın.

Maskanı həftədə iki dəfə tətbiq edərək cildinizdə canlılıq əldə edə bilərsiniz.

Yaş maya maskasını sınamadan əvvəl allergiyanız olmadığından əmin olun. Həssas dəriyə sahibsinizsə, kiçik bir hissəyə çəkərək qıcıqlanma yaranıb-yaranmamasını yoxlayın.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.