Maraqlı

Polis 800 yaşlı “sevgilisi” ilə gəzən şəxsi saxladı

4 Mart 2023 17:11
Baxış: 1 558
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu günlərdə qədim mumiyanı gəzintiyə çıxaran Peru vətəndaşını polis saxlayıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, 27 yaşlı gənc izotermik qabda mumiya gəzdirdiyi üçün şübhə doğurub və polis onu saxlayıb.

Gənc oğlan mumiyanın sevgilisinə aid olduğunu desə də, reallıq üzə çıxıb.

Məlum olub ki, 800 yaşlı artefaktı onun babası vaxtilə pulla alıb. Lakin muzeyə hədiyyə etmək istəsə də, muzey götürmədiyindən evdə saxlayıb.

Bu dəfə oğlan sərbəst buraxılıb, "sevgilisi" isə muzeyə verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.