Maraqlı

Zeytun yarpağı çayı möcüzəsi

12 Fevral 2023 22:15
Baxış: 917
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Zeytun yarpağı virus profilaktikasında istifadə edilsə, yaxşı olar. İstifadə etdiyimiz çayların tərkibində zeytun yarpağı 3-4 ədəd də olsa, olmalıdır.

Bunu həkim-fitoterapevt Elnur Eldaroğlu açıqlayıb. O, viruslara qarşı tərkibində zeytun yarpağı olan çay reseptini təqdim edib:
Hər zaman virus infeksiyaları (qrip, herpes, Koronavirus, adenovirus, rinovirus və s.) tüğyan edən dövrlərdə bu dəmləməni edin.

Çayın resepti:

Zeytun yarpağı 1 xörək qaşığı

Cökə 1 xörək qaşığı

İtburnu meyvəsi 5-6 ədəd

Sarıkök 1 çay qaşığı

Nanə yarpağı 1 xörək qaşığı

Keçibuynuzu meyvəsi 2 ədəd

500 ml qaynar suda 15 dəqiqə dəmləyib gün ərzində içilir.

Ayda 21 gün etmək olar. İçilmədən öncə 1 çay qaşıq çiçək tozu və bal əlavə edin.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.