Maraqlı

Sərnişinlər təyyarədən ən çox hansı əşyaları oğurlayırlar?

5 Fevral 2023 19:47
Baxış: 1 113
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropanın ən böyük aviaşirkətlərindən birinin stüardessası sərnişinlərin təyyarələrdən oğurladıqları əşyalar haqda danışıb.

Milli.Az xəbər verir ki, bu barədə "Express" yazır. Belə ki, turistlər çox vaxt özləri ilə təyyarələrdən xilasedici jilet götürürlər. Təyyarədən xilasedici jiletin oğurlanması, xüsusən də təyyarə suyun üzərinə enən zaman, ciddi nəticələrə səbəb ola bilər.

"Ekipaj xilasedici jiletlərin olmadığını anlasa, uçuş təxirə salına və ya ləğv edilə bilər, çünki mövcud qaydalara əsasən, hər bir sərnişin üçün xilasedici jilet də daxil olmaqla, minimum miqdarda təcili yardım avadanlıqları olmadan təyyarə havaya qalxa bilməz", - nəşr yazır.

Amerika hava yollarından birində işləyən Coys adlı başqa bir stüardessa deyir ki, birinci dərəcəli sərnişinlərin çoxu metal bıçaq, qəhvə fincanı, yastıq və ədyal oğurlayır. Həmçinin bəzi səyahətçilər özləri ilə gigiyena çantaları götürürlər. (publika)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.