Maraqlı

Sirli düymə! “Tik-Tok”da populyarlaşan kontentlərə kim qərar verir?

28 Yanvar 2023 13:08
Baxış: 834
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Tik-Tok" son illərin ən çox istifadəçisi olan video platformasıdır.

Milli.Az lent.az-a istinadən bildirir ki, tətbiq müəyyən alqoritm əsasında işləyir.

"Tik-Tok" platformada bəyəndiyiniz və yaddaşda saxladığınız kontentlərə uyğun olaraq sizə videolar təqdim edir. Yəni, istifadəçinin davranışlarına əsasən onların maraqları proqnozlaşdırılır.

Bəs, hər hansı bir videonun populyarlaşması, sadəcə bu alqoritmdən asılıdır?

Məlumata görə, alqoritmin böyük rolu olsa da, səbəb tək bu deyil. 

"Forbes" jurnalında bununla bağlı maraqlı yazı dərc olunub. Platformanın bir neçə keçmiş işçisi kontentlərin məşhurlaşmasında alqoritmlə yanaşı, "isitmə" adlandırdıqları xüsusi üsuldan istifadə etdiklərini açıqlayıblar. Yəni onlar istədikləri videonu seçərək daha çox istifadəçilərin qarşısına çıxarırlar. Nəticədə həmin kontent asanlıqla viral olur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.