Maraqlı

Sakitləşmək və stressi atmaq üçün ən yaxşı vasitə

2 Fevral 2023 22:01
Baxış: 763
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Alimlərin fikrinə görə, ağlamaq ən yaxşı sakitləşdirici vasitədir.

İnsan ağlayanda onun parasimpatik sinir sistemi aktivləşir. Parasimpatik sinir sistemi insana qidanı həzm etməyə və dincəlməyə yardım edir. Bu səbəbdən insan ağlamağa başlayanda bir neçə dəqiqə sonra müəyyən qədər sakitləşir və rahatlaşır.  

Həmçinin Emotion jurnalında dərc olunmuş diqər araşdırmanın nəticələrinə görə, insan ağlayanda onun nəfəsalması və ürəyin yığılmasının tezliyi azalır və bu da stressi daha yaxşı kontral etməyə, sakitləşməyə kömək edir.

Əvvəllər belə hesab olunurdu ki, insan ağlayanda onun orqanizmində stress-hormonlarının (xüsusilə kortizolun) səviyyəsi aşağı düşür. Lakin son araşdırma bunu təsdiq etməyib. Buna baxmayaraq alimlər ağlamağı ən yaxşı "sakitləşdirici vasitə" hesab edirlər.  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.