Maraqlı

Seyidlik nə zamandan başlamışdı?

29 Yanvar 2023 22:55
Baxış: 912

Seyidlik həzrət Peyğəmbər (s) xanədanında mövcud olan mənəvi bir şərəfdir. Həzrət Peyğəmbər (s) nəslindən olan bu insanlara xüsusi ehtiram göstərilir. Bu ehtiramın əsasını, şübhəsiz ki, həmin insanların həzrət Peyğəmbərlə (s) qohumluq əlaqəsi təşkil edir. "Seyyid" ərəbcədən tərcümədə "ağa" deməkdir. Bu kəlmə həzrət Peyğəmbərin (s) və məsum imamların bəzi buyuruqlarında da işlədilmişdir.

Amma belə bir titul seyyid olan şəxsə icazə vermir ki, İslam qanunlarını pozsun və özünü qanunlara münasibətdə başqalarından üstün saysın. Əslində seyyidliyin kökü Peyğəmbərin (s) və Peyğəmbər (s) əhli-beytinin əzəmətidir. Onlar öz uca şəxsiyyətləri sayəsində ağa, seyyid olmuşlar. Bu şəxsiyyət ucalığı həzrət Peyğəmbərin (s) babası Haşimədən gedir. Onun övladları da bu yolla iftixar qazanmışlar.

Milli.Az

5 ilədək dəyişməz 14%-dən zaminsiz, komissiyasız 40 000 manatadək kredit
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2023 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics