Maraqlı

Gündə 5 badam yeməklə piyin yandırılması effektini artırmaq olar

21 Yanvar 2023 21:25
Baxış: 582

Kalori defisiti olan pəhriz çəkinin azaldılması üçün ən populyar yanaşmalardan biridir, lakin bəzi qida əlavələri də faydalı ola bilər. Bəzi qoz növləri, misal üçün, onların mürəkkəb qidalanma profilinə görə maddələr mübadiləsini sürətləndirə bilər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, yeni tədqiqatın göstərdiyinə görə, gündə cəmi 5 badamın qəbul edilməsi qanda faydalı yağların səviyyəsini artıraraq, çəkinin azaldılmasında kömək edə bilər.

Gündəlik badam qəlyanaltıları fiziki məşğələlərin piyyandırma effektini gücləndirə bilər. Tədqiqat göstərib ki, cəmi 57 qram qoz qəbul edən iştirakçılarda məşqdən sonra qanda daha çox faydalı piy müşahidə olunub. Bundan əlavə, gündəlik badam istehlakı maddələr mübadiləsini dəyişdirir, iltihabı və stressi azaldır.

Badamın tərkibində stressdən sonra metabolik bərpanı dəstəkləyə bilən qida maddələri və polifenolların unikal və mürəkkəb qarışığı var.

Milli.Az

İllik 12,99%-dən 40 000 manatadək zaminsiz komissiyasız kredit
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2023 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics