Maraqlı

Qarşılıqlı hörmət

28 Yanvar 2023 22:10
Baxış: 1 407
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İnsan sosiallaşmaqa meyilli bir varlıqdır. Çünki sosial həyat insanların qarşılıqlı ehtiyaclarının təmini üçün çox böyük əhəmiyyət kəsb edir. Sosiallaşmaq üçün insanlarla münasibət qurmağı bacarmaq lazımdır. Münasibət qurmaq üçün isə bəzi qayda və çərçivə daxilində hərəkət etməyi bacarmalıyıq. Adı çəkilən qaydalardan biri Hörmətdir.

Hörmət insanların fərdi və ictimayyi həyatda düzgün və sağlam münasibət qurmaları üçün əhəmiyyətlidir. Çünki hörmət insanlarda bir birinə qarşı məhəbbət və inam hissi yaradır. Əgər misal olaraq ailə həyatında kişi və arvad, valideyin övlad arasında qarşılıqlı hörmət olsa, ailə üzvlərində bir birinə qarşı məhəbbət və inam yaranar. Belə olan təqdirdə isə artıq düzgün və sağlam ailə prinsipləri qurmaq mümkündür.

Eləcədə insanın ictimayyi və sosial həyatında. İnsanlarla münasibətdə onlara qarşı göstərdiyimiz hər bir reaksiyanın, onların bizə qarşı göstərəcəyi reaksiyada danılmaz bir təsiri vardır. Bir çox hallarda iki insanın bir birindən xoşu gəlməsədə, birinin o birisinə qarşı göstərdiyi hörmət, qarşı tərəfi ona qarşı eyni reaksiyanı göstərməyə məcbur edər.

Biz insanlara qarşı bir neçə formada hörmət göstərə bilərik. Bəzən davranışmızla, bəzən isə danışıqlarmızda.İnsan gərək xüsüsilə davranışına diqqət etsin. Çünki bizim hər bir davranışımız bizim şəxsiyyətmizin göstəricisidir.

İmam Sadiq kəlamlarının birində buyurur: " Əgər insanların sənə qarşı hörmət etməsini istəyirsənsə, onlara qarşı hörmət göstər." Bu gözəl kəlamda qeyd edildiyi kimi, əgər fərdi və ictimayyi həyatımızın hər bir sahəsində uğur qazanmaq istəyiriksə, gərək insanlara qarşı hörmət etməyi unutmayaq. Çünki hörmət bizlərin şəxsiyyətinin göstəricisidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.