Maraqlı

Sofi Loren rəqibinin ölümündən danışdı

18 Yanvar 2023 08:59
Baxış: 958
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliyalı aktrisa Sofi Loren rəqibi adlandırılan Cina Lollobricidanın ölümündən danışıb.

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, 88 yaşlı Loren həmkarının ölümündən təsirləndiyini və dərindən kədərləndiyini deyib.

Aktrisalar hər zaman rəqib hesab olunurdular. Onların xarici görünüşü və rolları müntəzəm olaraq müqayisə edilirdi.

2015-ci ildə "Vanity Fair" nəşrinə verdiyi müsahibədə Lollobricida deyib ki, onlar arasındakı rəqabət Lorenə karyerasına çox kömək olub. Cina isə bu qarşıdurmanı darıxdırıcı hesab edib.

Cina Lollobricida yanvarın 16-da 95 yaşında vəfat edib. Lollobricidanın dəfn mərasimi yanvarın 19-da olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.