Maraqlı

Tik Tok-da paylaşdığı videoya görə işdən qovuldu

26 Dekabr 2022 21:00
Baxış: 738
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"musclemaddie97" ləqəbli istifadəçi TikTok-da gözlənilməz səbəbdən işdən çıxarıldığı üçün şikayət etdiyi video yayımlayıb. Onun sözlərinə görə, sosial şəbəkələrdə işəgötürənini təriflədiyi üçün işini itirib. Qadın haqsız yerə işdən çıxarıldığı üçün bir çox istifadəçidən dəstək alıb.

Milli.Az bildirir ki, onun hekayəsi "Daily Dot"-un diqqətini çəkib.

İstifadəçi şəxsi avtomobili olan amerikalı sürücülərə çevik qrafiklə işləməyi, sifarişləri anbardan müştərilərə çatdırmağı təklif edən "Amazon Flex" proqramında sürücü kimi çalışdığını bildirib. O, işdən çox həzz alıb və TikTok-da digər sürücüləri işə müraciət etməyə təşviq edən bir neçə video yerləşdirib. Onun sözlərinə görə, o, əslində heç bir əvəz almadan şirkəti reklam edib.

Lakin "Amazon" rəhbərliyi onun paylaşımından narazı qalıb. Videoların yaradıcısı məxfiliyin pozulması səbəbindən şirkətin TikTok hesabını nəzərdən keçirdiyini bildirən bir e-poçt məktubu alıb. Və tezliklə işdən çıxarılıb. Eyni zamanda qadın sosial şəbəkədə hər hansı məxfi məlumat dərc etdiyini təkzib edib.

"Bunun baş verməsi təəssüf doğurur, çünki mən "Amazon"da işləməyi çox sevirdim. İcazə verin, yenidən işləyim", - deyə qadın videonun altında yazıb.

Bir çox istifadəçi qadına rəğbət bəsləyib. "Onlar həqiqətən yaxşı işçi itirdilər. Sizi daha da yaxşı iş gözləyir", - şərhçilərdən biri yazıb. "Videolarınız sayəsində mən özüm "Amazon"da sürücü kimi işə düzəldim", - deyə başqa biri əlavə edib.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.