Maraqlı

Bu şokoladlar böyrəklərdə problem yaradır

20 Dekabr 2022 21:25
Baxış: 739
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Uroloq Mark Qadzian südlü şokoladları çox yeməyin böyrəklərə zərərli olduğunu açıqlayıb.

Bakupost.az xəbər verir ki, həkim bu şokoladlara çox zaman quru südlə yanaşı melamin əlavə olunduğunu deyir.
"Bir sıra elmi tədqiqatlara görə, melamin fraqmentləri böyrəklərdən çıxan daşların tərkibində aşkarlanıb. Bu qida əlavəsi qatılmış ərzaqları daim qəbul etmək böyrəklərdə daş yığılmasına səbəb ola bilər.

Əlavə olaraq, südlü şokoladlar qanda yağlılığı artırır, sidikdə kalsium və oksalatları yüksəldir. Bu da böyrək, sidik kisəsi daşlarına təkan verir.

Eləcə də südlü şokolad diş emalını zədələyir. Bu şokoladı yedikdə miqren xəstələrində ağrı yarana bilər, yuxu problemi ola bilər. Şokoladda olan finiletilamin damarların sıxır, daraldır, bu da boyun, baş ağrısına səbəb olur. Uşaqlara, yaşlılara xüsusən belə şokoladlar məsləhət deyil".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.