Maraqlı

Bu bürclərdən ağıllı davranış gözləməyin

2 Dekabr 2022 01:22
Baxış: 6 397

Yəqin ki, hər birinizi həyatınızda bir dəfə də olsa, bu və ya digər səbəbə görə dəli adlandırıblar. Çünki əksər hallarda gözlənilməyən davranışlar sərgiləyən, yaxud kütlənin əksinə gedənlərə dəli damğası vurulur.

Lakin dəliliyin də bürclərlər bağlılığı var. Belə ki, bəzi bürclərin nümayəndələri digər insanların gözündə daha çox dəli kimi görünürlər.
Milli.Az  xəbər verir ki, bizim.media bürclərə görə dəlilik səviyyələrini təqdim edir:

Qoç - dəlilik səviyyəsi 30 faiz

Qoç cəsarətli, maraqlı, özünə inamlı və hər zaman risk almağa hazırdır. Qoç yaxşı dost, sevgili və etibarlı tərəfdaş ola bilər. Heç vaxt geri çəkilmirlər və ağlında bir şey varsa, bütün yolu gedirlər. Dəlilik buradan başlayır. Qoçun bütün çılğın fikirləri ilə razılaşmaya bilərsiniz, lakin onların həmişə doğru bildiklərini etməsi hörmətə layiqdir.

Buğa - dəlilik səviyyəsi 40 faiz

Bir qayda olaraq, bu insanların böyük sevgi dolu ürəyi və geniş dünyagörüşü var, lakin onlar inanılmaz dərəcədə inadkar və iradəli ola bilər. Buğanın yalnız iki yolu var: ya irəli atılmaq, ya da ölmək. Belə insanlar üzünüz göyərənə qədər sizinlə mübahisə edəcək və sonra birdən üzr istəyəcəklər. Bu, onların başqalarının gözündə dəli kimi görünməsinə səbəb olur.

Əkizlər - dəlilik səviyyəsi 100 faiz

Gün ərzində əkizləri hansı simada görəcəyinizi müəyyənləşdirməyiniz qeyri-mümkündür. Dəyişkən və qərarsızdırlar, hər zaman fərqli şəxs kimi qarşınıza çıxırlar. Əkizlər bürcü istənilən vəziyyətə asanlıqla uyğunlaşa bilir, lakin problem ondadır ki, vəziyyət onlara uyğunlaşmaya bilər. Axşam bahalı restoranda şam edib, səhəri şəhər zibilxanasında oyana bilərlər.

Xərçəng - dəlilik səviyyəsi 90 faiz 

Xərçənglər bəzən çox xoşbəxt olduqları anlarda belə olduqca qəmgin görünə bilirlər. Evdə vaxt keçirməyi sevən xərçənglər bütün günü heç yerə getməməyə qəti qərar versələr belə, dostlarının bir zəngi ilə dərhal əyləncə məclisinə qaça biləcək insanlardır. 

Şir - dəlilik səviyyəsi 80 faiz

Şirlər parlaq və səs-küylü insanlardır, diqqət mərkəzində olmağı xoşlayırlar. Təəccüblü deyil ki, barda ən çox sərxoş olan insan adətən bu bürcün nümayəndəsi olur. Onlardan hər şeyi eşidə bilərsiniz, heç bir ağlı başında olan adamın ucadan deməyəcəyi şeyi şirlər heç düşünmədən söyləyə bilər.

Qız - dəlilik səviyyəsi 70 faiz

Qız bürcü, nəzarətdən əl çəkə bilmədiyi üçün kifayət qədər yüksək səviyyəli dəliliklərə malikdir. Bu insanlar mükəmməlliyə çatmaq üçün yorulmadan çalışırlar. Bəzən tanımadıqları qocalara könüllü olaraq kömək etmək və ya küçədən tapdıqları xəstə heyvanı böyütmək kimi həqiqətən yaxşı işlər görürlər. Lakin onların idealları çox vaxt dəliliklə sərhədlənir. Ağıllı qızlar tanınmaq və şöhrət qazanmaq üçün kimisə maşının altına atmalı olsalar, məqsədə çatmaq üçün düşünmədən bunu edə hərəkət edirlər.

Tərəzi - dəlilik dərəcəsi 30 faiz 

Tərəzi həmişə tarazlıq axtarışındadır, ona görə də harmoniyaya nail olmaq üçün ifrata varmağa hazırdırlar. Lakin Tərəzi bürcünün qaranlıq tərəfi əks cinsdən olan şəxsləri ovlamağa başlayanda üzə çıxır. Bu zaman onlar ağılagəlməyən dəliliklər edə bilərlər.

Əqrəb - dəlilik səviyyəsi 40 faiz 

Həqiqət budur ki, əqrəblər tələyə düşəndə ​​ölümcül sancırlar. Kənar insanlar tez-tez bu bürcün nümayəndələrini bacarıqlarına və intuisiyalarına görə qınayırlar. Bu dünyada elə bir insan yoxdur ki, həyatında bir dəfə əqrəbi sevməsin. Əqrəbləri əsəbləşdirəndə, şübhəsiz ki, səni sancacaqlar. Bu sancma səviyyəsi ona verdiyiniz ağrı ilə mütənasib olacaq.

Oxatan - dəlilik səviyyəsi 40 faiz

Oxatan həmişə həqiqət və müstəqillik uğrunda mübarizə aparır. Onlar azadlıqlarına o qədər dəyər verirlər ki, mübarizə prosesində bütün dostlarını və ailələrini itirə bilərlər. Oxatan bir ideyadan ilhamlanıbsa, kənara çəkilib, müdaxilə etməməyiniz ən yaxşı variantdır.

Oğlaq - dəlilik səviyyəsi 60 faiz

Oğlaqlar peşəkarlığın qiymətləndirildiyi yerdə inkişaf edir. Bu bürcün nümayəndələri son dərəcə mütəşəkkil və zəhmətkeşdirlər. Bununla belə, Oğlaqlar qrup layihəsi üzərində işləyərkən sərt tələblər irəli sürürlər. Sizin təklifiniz daha ağıllı olsa belə bunu qəbul etməzlər. Eyni qayda onların şəxsi həyatına da aiddir. Oğlaqlarla restoran və ya kinoteatr seçərkən hər zaman böyük problemlər yaşayırsınız. Onlar sadəcə istədikləri yerə gedəcəklər, əks halda evdə qalmağa üstünlük verəcəklər.

Dolça - dəlilik səviyyəsi 20 faiz

Diqqətsiz dolçalar həyatın reallıqlarından tamamilə xəbərsiz, öz istəklərinə görə yaşayan insanlardır. Hava ünsürünün nümayəndələri olan bu şəxslər yad adamların üzünə sakitcə qapı açıb, yaxın adamlarından asanlıqla üz çevirə bilirlər.

Balıqlar - dəlilik səviyyəsi 10 faiz 

Təəccüblənərdiniz, amma bütün bürclər arasında balıqlar ən az çılğın olanıdır. Bu dürüst və qayğıkeş insanlara istənilən vəziyyətdə etibar etmək olar. Balıqlar kiminsə gününü işıqlandırmaq üçün öz istəklərini ikinci plana ata bilərlər.

Milli.Az

5 ilədək dəyişməz 14,5%-dən zaminsiz, komissiyasız 40 000 manatadək kredit
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2023 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics