Maraqlı

Süngər alarkən buna diqqət edin!

11 Dekabr 2022 22:01
Baxış: 869
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hamam süngərinin materialı mühüm rol oynayır və düzgün seçim bir çox amillərdən asılıdır.

Milli.Az xəbər verir ki, bu barədə kosmetoloq Anastasiya Paskova danışıb. Onun fikrincə, sintetik və təbii süngər arasından ikincini seçmək daha yaxşıdır.

"Təbii liflərdən hazırlanan süngər müsbət təsir göstərir. Fərq əlbəttə ki, dəriyə təsiri ilə müəyyən olunur. Süngəri sərt fırça ilə əvəz etmək ən yaxşı həll yolu deyil. Süngərin növü birbaşa onun tətbiqi sahəsindən asılı olmalıdır. Məsələn, sərt variantlar pilinq üçün keçərlidir, yumşaqlar isə uşaqlar və üz dərisi üçün uyğundur", - həkim bildirib.

Paskovanın sözlərinə görə, süngər alarkən dəri xüsusiyyətləri, növünü, həssaslığını, allergik reaksiyaların və dermatoloji problemlərin mövcudluğunu nəzərə almaq vacibdir. (publika)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.