Peyğəmbərimizin (s) oxuduğu Quran və hidayət olmayan müşrik
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Vəlid ibni Müğeyrə Həzrət Peyğəmbər (s) əsrinin tanınmış zənginlərindən və zirək insanlarından idi. O, Peyğəmbəri (s) məsxərə edən müşriklərdən biri idi.
Bir gün Həzrət (s), Kəbənin kənarında əyləşmişdi və Quran ayələri oxuyurdu. Müşriklər Vəlidin yanına gəlir və deyirlər: "Ey Əbu Əbd Şəms! Muhəmmədin (s) dedikləri şeirdir, yoxsa sehrdir?".
O, cavabında deyir: "Məni öz başıma buraxın ki, Muhəmmədin (s) sözlərini öz qulağımla eşidim".
Özünü Həzrətə (s) yaxınlaşdırır və deyir: "Ya Muhəmməd! Şeirlərindən mənim üçün oxu". Həzrət Peyğəmbər (s) buyurur: "Bu sözlər şeir deyildir, Allahın kəlamıdır ki, Allahın mələkləri, peyğəmbərləri (ə) və rəsulları (ə) onu bəyənmişdilər".
Vəlid deyir: "Ondan bir qədərini mənim üçün oxu".
Həzrət Peyğəmbər (s) "Fussilət" surəsinin ilk ayələrini oxuyur. O zaman ki, surənin bu yerinə çatır: "Beləliklə əgər üz döndərsələr, de: "Sizi Ad və Səmudun (bu qövmlərin) ildırımı kimi bir ildırımla (göydən gələn qorxunc nərə, od və külək kimi ölümə səbəb olan bəla ilə) qorxutdum"". (13).
Bu ayəni eşidən zaman Vəlidin tükləri biz-biz olur. Tez ayağa qalxıb, evinə gedir.
Müşriklər Əbu Cəhlin yanına gedir və deyirlər: "Ey Əbu Cəhl bil ki, Vəlid, Muhəmmədin (s) dininə iman gətirmişdir. Məgər görmürsənmi ki, artıq bizim yanımıza gəlmir?".
Əbu Cəhl, Vəlidin yanına gedir və deyir: "Sən Muhəmməd (s) dinini qəbul etmisən?".
Vəlid deyir: "Onun dinini qəbul etməmişəm, ancaq ondan möhkəm sözlər eşitmişəm ki, bədənin dərisini titrədir".
Əbu Cəhl deyir: "Bu sözlər xütbədir?".
Vəlid deyir: "Xeyr, xütbə bir-birinə qoşulan sözlərdən olur. Ancaq Muhəmmədin (s) sözləri belə deyildi. Onların bir-birinə bənzərliyi yox idi".
Əbu Cəhl soruşur: "Bəlkə o sözlər şeir idi?".
Vəlid deyir: "Xeyr, mən ərəblərin şeirlərini çox eşitmişəm, bu sözlər şeir deyildi".
Əbu Cəhl deyir: "Bəs nədir?".
Vəlid deyir: "Məni öz başıma burax ki, bu haqda düşünüm".
O günün sabahı olan kimi müşriklər Vəlidə deyirlər: "Nəhayət nəzərin nədir?".
Vəlid deyir: "Deyin ki, o sözlər sehrdir, çünki qəlblərə əyləşir və insanı özünə cəlb edir".
Bax, bu cür cahil və tərs insanlar, heç bir ibrət və hikmət qəbul etmirdilər və etmirlər...
Qurani-Kərim bu cahil haqda buyurur: "Həqiqətən, o, (Quran barəsində) fikirləşdi, Ölçdü-biçdi. Ölüm olsun ona! Necə ölçdü-biçdi!".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Alkoqolu hansı məşhur içkilərlə qarışdırıb içmək olmaz?
-
Enerjini azaldan gündəlik səhvlər
-
Pendirli və göyərtili toyuq kotleti resepti
-
Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Mineral suyu belə içənlər bütün şəfasını çölə atır: İllərdir səhv içirmişik
-
Bilgəh qocalar evində 78 yaşlı qadının başqa müəssisəyə köçürülməsi etiraz doğurdu - (Video)
XƏBƏR LENTİ
-
Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız
-
Alkoqolu hansı məşhur içkilərlə qarışdırıb içmək olmaz?
-
Enerjini azaldan gündəlik səhvlər
-
Pendirli və göyərtili toyuq kotleti resepti
-
Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Mineral suyu belə içənlər bütün şəfasını çölə atır: İllərdir səhv içirmişik
-
Tramp: “Süni İntellekt Qüvvələri” yaradılıb
-
Bilgəh qocalar evində 78 yaşlı qadının başqa müəssisəyə köçürülməsi etiraz doğurdu - (Video)
-
“Çox utandım, alt paltarlarımı satışa çıxarmışdılar“ - Şeron Stoun
-
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
-
Prezident İlham Əliyevin sosial media hesablarında 20 sentyabr - Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı video paylaşılıb - (Video)
-
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
-
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
-
Günün qoroskopu: Özünüzə qarşı həddindən artıq tələbkar olmayın
-
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
-
Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər - (Video)
-
61 yaşlı Monika Belluççi - (Foto)
-
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
-
Bakıda məktəbin həyətində yanğın baş verib - (Foto)
-
Müğənni Dmitri Bikbayevin konsertdə əli trosdan sürüşdü, yıxıldı - (Video)
-
“Trabzonspor” “Qalatasaray”ı darmadağın edib
-
Serenay Sarıkayanın bir ev qiymətinə olan saatı - (Foto)
-
Əraqçi: İran ilə ABŞ arasında danışıqlar davam edir
-
Paşinyan yenə öz ampulasında - (Video)





