Maraqlı

Gözəlliyin sadə sirləri

24 Noyabr 2022 08:01
Baxış: 659
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cəfəri möcüzəsi.
Cəfərinin tərkibində gözəllik vitamini adlandırdığımız A vitaminin miqdarı çoxdur. Ona görə də ondan kosmetologiyada geniş istifadə olunur.
Üzün təravətlənməsi və qırışların aradan qaldırılması üçün cəfəri dəmləməsindən istifadə olunur. Bu dəmləmə ilə üzü səhər-axşam silmək lazımdır. Bunun üçün 50-100 qr cəfəri otunun üzərinə gicitkan yarpaqları əlavə edilir, üstünə 200 ml qaynar su tökülür, vam xodda və ya termosda yarımsaat dəmlənir, daha sonra soyudulur və süzgəcdən keçirilir. Soyuducuda saxlamaq şərti ilə bu dəmləməni 1 həftə istifadə etmək olar. Formaya tökərək dondurmaq və üzü alınan buz parçaları ilə silmək olar. Dəmləmə dəri məsamələrini kiçildəcək və civzələrin yaranmasının qarşısını alacaq.
- Göz qapaqlarının şişkinliyi, torbalanması və gözaltı kölgələr zamanı təzə cəfərinin şirəsi ilə xiyar şirəsinin qarışığı yaxşı effekt verir.
-Saçlar yağlı olduqda və ya ucları qırıldıqda, yaxşı olar ki, yuduqdan sonra onları cəfəri dəmləməsinin sirkəylə qarışığında yaxalamaq lazımdır. Saçlar təbii yolla qurudulmalıdır.
-Yağlı, civzəli dərini təbii yolla hazırlanan losyonla silmək lazımdır: 50 qr təzə və ya quru cəfəri həvəngdəstədə əzilir, üzərinə yarımstəkan pivə əlavə edilir, 10-15 dəqiqə saxladıqdan sonra losyona batırılmış tamponla üzün dərisi təmizlənir. Qurudulduqdan sonra isə soyuq su ilə yaxalanır.
-Günəşli yay gunlərindən sonra bəzi qadınların üzündə çillər və ya piqment ləkələri yaranır. Cəfəri burda köməyə çatır. Üz dərisi cəfəri dəmləməsi ilə mütəmadi yuyularsa çillər nəzərə çarpacaq dərəcədə rəngsizləşir.
-İlin soyuq aylarında isə cəfəri ilə şüyüd dəmləməsi dərini çatlamaqdan qoruyur. Kətan salfet isti dəmləmədə isladılır və üzə qoyylur. Cəmi 15-20 dəqiqə vaxt aparan bu prosedur yorğun iş günündən sonra və ya axşam edildikdə daha yaxşı nəticə verir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.