Generalın "çılpaq" ləqəbli dul qalan qızı məşhur şairin başına oyun açır - ŞOK FAKTLAR - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yelizaveta Mixailovna Xitrovo 239 il bundan əvvəl, 1783-cü ildə dünyaya gəlib.
O, Napoleonu ölkədən qovan, general-feldmarşal, "Vətənin xilaskarı" fəxri adını almış, knyaz Kutuzovun qızı, eyni zamanda, Peterburqda məşhur ədəbi bədii məclisin sahibi idi.
Milli.Az 2 dəfə dul qalan, bundan sonra 44 yaşında 28 yaşlı Aleksandr Puşkinə dəlicəsinə aşiq olan və bu bağlılığın amansız nəticələri haqda yazını dəyərli oxucularına təqdim edir:
.jpg)
Yelizaveta feldmarşal Kutuzovun beş qızından üçüncüsü idi. 19 yaşında o, Tizenqauzen qrafı I Aleksandra ərə gedir və ondan 2 qız dünyaya gətirir - Yekaterina və Darya.
Amma bu nikah uzun müddət davam etmir - toydan 3 il sonra Tizenqauzen qrafinyası, əri Austerlis döyüşündə həlak olandan sonra dul qalır. 1811-ci ildə Yelizaveta yenidən ailə qurur. Əri general Xitrovo ilə xaricə getməli olur, çünki o, Rusiyanın Florensiya üzrə işlər vəkili idi. Bu nikah da davamlı olmur - 8 il sonra Yelizaveta yenidən dul qalır.
Bundan sonra bir neçə il də xaricdə qalan Yelizaveta Xitrovo 1821-ci ildə qızı Daryanı avstriyalı diplomat qraf Fikelmona ərə verir. Fikelmon Peterburqa səfir təyin ediləndən sonra isə, onlar Rusiyaya qayıdırlar. Çox keçməmiş, Yelizaveta Xitrovo və Darya Fikelmon bütün elitanın toplandığı Peterburqun ən məşhur ədəbi məclislərinin sahibi oldular.
.jpg)
Qraf Solloqub xatirələrində yazırdı: "Yelizaveta heç vaxt gözəl olmayıb, xüsusi ağılla da fərqlənməyib, amma son dərəcə mehribanlığı, dünyəviliyi, yalnız əsl elit xanımlarda rast gəlinən keyfiyyətləri var idi...".
Elə birinci məclisə yaşı az olmayan dul qadın ədəb normalarını keçən dərin sinə dekolteli paltarda gəlir. O, bu cür geyimlərə gələcəkdə də çox üstünlük verdiyi üçün Peterburqda "çılpaq Liza" ləqəbi qazanmışdı.
Elit yazıçılar yarızarafat, yarıgerçək onu ələ salırdılar. V.Perovskiy ona baxaraq demişdi: "Düz edir, keçmişin örtüyünü üstündən atsa yaxşıdır...". Knyaz Vyazemski istehza edirdi: "Onun taleyi kədərlidir, şalı çiyinlərindən xeyli aşağı salaraq bildirir ki, hələ gəncdir və bundan sonra 2-3 dəfə də dul qala bilər".
.jpg)
.jpg)
Xanım Xitrovonun ədəbi salonlarında Aleksandr Puşkin də yer alırdı. Onlar 1827-ci ildə - xanımın 44, şairin 28 yaşı olanda tanış olurlar. Dul qadın dəlicəsinə aşiq olaraq, başını o qədər itirir ki, tezliklə həddindən artıq zəhlə tökən olur. Puşkin onu gah Tassonun "Azad edilmiş Yerusəlim" əsərindəki cəngavər Tankredanı cavabsız sevən qəhrəman Erminiyaya bənzədir, gah da müqəddəs kitablardakı saray xanımı Zuleyxanın gənc Yusifə olan ehtirası ilə müqayisə edirdi.
Yelizaveta Xitrovo öz yüksək məqamından istifadə edərək Puşkinin bütün işlərində, xidməti məsələlərində, məişətdə, ümumiyyətlə, hər sahədə ona fəal kömək etməyə başlayır. Yelizaveta hətta şairin evlənməsi haqqında xəbərlə də barışır və onun xanımı Natalya Qonçarova ilə də dostlaşır. Bu barədə Puşkin məktublarında ona sataşırdı: "Mənim evlənməyimi necə həzm etdin? Ümid edirəm, ləyaqətli sərkərdə Kutuzovun qızı kimi?".
.jpg)
Onun həddən artıq qayğısı və himayədarlığı dəhşət sonluğa gətirib çıxardı: Puşkinin dəyyus adlandırıldığı, arvadının ona xəyanət etdiyini bildirən və s. təhqirdolu həcvi sevdiyi şairə məhz Yelizaveta çatdırır.
Həcv - satiranın şəxsi məzmun daşıyan və ancaq şeirlə yazılan bir növüdür. Həcvdə müəllif öz şəxsi düşmənini ifşa edir və adətən söyüşlərdən də istifadə edir.
Dantesin yazdığı təhqirdolu həcv duelə və nəticədə şairin həlak olmasına gətirib çıxarır. Şairə ünvanlanmış paketi dul qadın tələsik ona göndərir. Məktub 7 ünvan üzrə göndərilmişdi və Puşkin istənilən halda onun məzmunundan xəbər tutacaqdı, amma Yelizaveta Xitrovo onun həlak olmasında məhz özünü günahkar bilir və özünə bu tələsik hərəkəti bağışlaya bilmirdi.
.jpg)
Puşkinin həyatının son dəqiqələrini o, dizi üstə, onun yorğan-döşəyinin yanında hönkürtü ilə ağlayaraq keçirir. Şairin ölümündən 2 il sonra isə Yelizaveta Xitrovo özü də vəfat edir.
Zaur Həsənəliyev
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Qalatasaray" və "Fənərbağça"nın ulduzunu 10 oyunluq cəza gözləyir
-
Xalq artisti: “Heç vaxt ərə gedib, başqa kişidən uşaq doğmaram” (Video)
-
Yamalın atası hava limanında aləmi bir-birinə qatdı
-
"Barselona" Xulian Alvaresə görə cərimələndi
-
Kıvanç Tatlıtuğun qarınlı halı süni intellekt deyilmiş... (Video)
-
Şan balı yoxsa süzmə bal? Mütəxəssislər ən faydalısını açıqladı
XƏBƏR LENTİ
-
Ayın 29-da intensiv yağış yağacaq, qara keçəcək - Proqnoz
-
BMT rəsmisindən Azərbaycanın ev sahibliyinə yüksək qiymət - (Foto)
-
Yasamalda məktəbdə şagird faciəvi şəkildə öldü - Detallar - (Yenilənib)
-
"Bolt"dan çağırdığı sürücü başına iş açdı - (Foto)
-
“Fənərbağça”dan ayrılan baş məşqçi qəza törətdi
-
Xuraman Əlizadəyə ağır itki - (Foto)
-
Ənvər Hacıməmmədov vəfat etdi
-
Azərbaycan əsilli rejissor barəsində həbs qərarı verildi - (Foto)
-
Yevlaxda iki gəncin öldüyü qəzanın səbəbi açıqlandı - (Video)
-
Qalatasaray" və "Fənərbağça"nın ulduzunu 10 oyunluq cəza gözləyir
-
TÜRKPA Baş katibi TDT Ağsaqqallar Şurasının sədri Binali Yıldırım ilə görüşüb
-
Bakıda bütün köhnə avtobuslar tarixə qovuşur
-
İsraildə seçkilərin ilkin nəticələri: Netanyahu irəlidədir
-
Məşhur aktyor vəfat etdi - (Foto)
-
Prezidenti İlham Əliyev: Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir
-
Dialoq sadəcə diplomatik ünsiyyət vasitəsi deyil - Kamaləddin Qafarov
-
Prezident İlham Əliyev Petr Paveli təbrik edib
-
Xalq artisti: “Heç vaxt ərə gedib, başqa kişidən uşaq doğmaram” (Video)
-
Prezident İlham Əliyev: Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir
-
Prezident İlham Əliyev: Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir
-
“Güllü”nün qızı ilə bağlı qorxunc iddialar üzə çıxdı - Xəstələrə iynə vuraraq...
-
Prezident İlham Əliyev İƏT ölkələri korrupsiya orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət ünvanlayıb
-
Xaçmazda avtomobil piyadanı vurub öldürdü
-
Özünü vergi əməkdaşı kimi təqdim edərək sahibkardan 500 manat aldı - (Video)





