Maraqlı

"Hozu Cangüdən" filminin qala gecəsində baş verənlər - VİDEO - FOTO

1 Noyabr 2022 16:12
Baxış: 3 321
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Oktyabrın 31-i Park Cinema Flame Towers kinoteatrında "Hozu Cangüdən" filminin qala gecəsi keçirilib.

Gecədə filmin aktyor və yaradıcı heyəti jurnalistlərin qarşısına keçərək film haqqında açıqlama verib. Baş rollarını aktyor Məcid Hüseynov və aktrisa Kamilə Babayevanım paylaşdığı ekran əsərində əməkdar artist Elza Seyidcahan da rol alıb.
Aktyor M.Hüseynov filmlə bağlı fikirlərini bizimlə bölüşüb:

"Bu film hər kəs üçündür. Biz ümid edirik "Hozu Cangüdən" hər kəs də yaxşı xatirələr və ancaq təbəssüm yaradacaq. Hər kəsi noyabrın 1-dən Park Cinema-da "Hozu Cangüdən" filmini izləməyə dəvət edirik" 

Tamaşaçılar filmi Park Cinema kinoteatrının Park Bulvar, Metro Park, Alov Qüllələri, Aygün Mall və Zagulba Mall filiallarında izləyə bilərlər. 

Qeyd edək ki, hazırda Park Cinema kinoteatrlar şəbəkəsində hər gün saat 17:00-dək 50% endirim kampaniyası davam edir və "Hozu Cangüdən" filmini izləmək istəyənlər biletləri xüsusi endirimlə əldə edə bilərlər. Həmçinin hər həftənin çərşənbə axşamı günü Park Cinema-da bütün filmlər cəmi 3 AZN-dən. Biletləri parkcinema.az saytından əldə edə bilərsiniz.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.